Şenol Günəş: "10 nəfərlə qaldıqdan sonra matça nəzarəti itirdik"

21.02.2018 | 1261 dəfə oxunub

"Beşiktaş"ın baş məşqçisi Şenol Günəş Çempionlar Liqasının 1/8 finalında "Bavariya"ya 0:5 hesabı ilə uduzduqları ilk görüşdən sonra matç barədə danışıb: 

"Bugünə qədər gözəl oyun nümayiş etdirərək bura gəldik. Ancaq bu gün layiq olduğumuz oyun olmadı. 10 nəfərlə qaldıqdan sonra matça nəzarəti itirdik. Mübarizə aparmağa çalışdıq, ancaq qol buraxdıqdan sonra rəqib daha rahat oynadı.

Rəqibimiz yaxşı komandadır. Nəticə necə olur olsun, ciddi oyun nümayiş etdirirlər. Azarkeşlərə daha gözəl futbol izlətdirmək istəyirdik, amma alınmadı. Belə bir komandaya qarşı daha diqqətli olmalı idik. Ən çox rəqibə öz meydanımızda oynamağa şans verməyimizə üzülürəm.

Öz oyunumuzu oynamaq istədik, amma gücümüz çatmadı. İlk hissədə Vaqner Lavın qol epizodu oldu. İkinci hissə barədə danışmaq istəmirəm, çünki oyununun taleyi həll olunmuşdu.

"Bavariya" kimi komandaya qarşı 0:5 hesablı məğlubiyyətin əvəzini çıxmaq çox çətindir. Bundan sonra əsas diqqətimizi ölkə çempionatına yönəldəcəyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

11.12.2018

12:29  1/4final mərhələsinin püşkü - Ölkə kuboku

10.12.2018

09.12.2018

23:57  "Hueska" - "Real" - 0:1 VİDEO

22:40  "Keşlə"nin qələbəsi - Geniş icmal VİDEO

22:36  "Neftçi" belə xal itirdi - Geniş icmal VİDEO

22:17  "Səbail" - "Qəbələ" - Geniş icmal VİDEO

16:48  "Zirə" - "Qarabağ" -HEYƏTLƏR

15:24  "Sabah" - "Keşlə" - HEYƏTLƏR

08.12.2018

   
  O Q H M T-f X
1. Neftçi 10 8 1 1 20-7 25  
2. Qarabağ 10 6 2 2 17-11 20  
3. Səbail 10 5 2 3 12-11 17  
4. Sabah 10 5 1 4 9-11 16  
5. Qəbələ 10 3 3 4 14-14 12  
6. Sumqayıt 10 3 2 5 10-13 11  
7. Keşlə 10 1 3 6 8-14 6  
8. Zirə 10 1 2 7 7-16 5  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi