Yunis Hüseynov: "Heç kimə vaxt uzatmağı tapşırmamışdım" - MÜSAHİBƏ

25.02.2018 | 4536 dəfə oxunub

“Kəpəz”in baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının XVII turunda səfərdə “Qarabağ”a 1:0 hesabıyla uduzan "Kəpəz"in baş məşqçisi Yunis Hüseynov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- “Qarabağ”ı təbrik edirəm. Bu gün əks-hücumlara daha çox üstünlük verirdik. Rəqib topla yaxşı oynayan komandadı. Əks-hücumlarda bir neçə fürsət əldə etsək də, dəyərləndirə bilmədik. Onlar 86-cı dəqiqədə fərqləndi. Kaş 20-ci dəqiqədə qol buraxıb uduzardıq. Belə uduzmaq ağırdı.

Yaxşı oyun sərgiləməsək də, uşaqlar bu gün döyüşdülər. Qol epizoduna təkrar baxmalıyam. “Keşlə” ilə oyunda qapımıza qolu ofsayddan vurdular. Məncə, bugünkü oyunda da buraxdığımız qolda ofsayd var idi. Bununla özümüzü sığortalamıram. Bir epizod oldu ki, İlyas Səfərzadə qapıçıyla təkbətək çıxan vaxt hakim digər oyunçuya qarşı kobudluğa görə oyunu dayandırdı.

- Dedimarı oyuna buraxmağınıza səbəb nə idi?

- Samir Zərgərov zədələnmişdi. Həm də, mərkəzdə yaxşı oynayır. Ona Miçellə fərdi oynamağı tapşırmışdıq.

- Hakimlikdən danışdız. PFL buna görə sizə cəza verə bilər...

- Mən heç kimi mühakimə etmirəm. Sadəcə, daha diqqətli olmaq lazım olduğunu deyirəm.

- Bu gün mətbuat konfransına bir qədər gec gəldiz. Oyunçuları danlayırdız?

- Heç kimi danlamırdım. Sadəcə, son dəqiqələrdə qol buraxılanda istənilən məşqçi əsəbləşər. Səhvlərimiz çoxdu. Ancaq uşaq səhvləri buraxırıq.

- Roman Hüseynov “Kəpəz”ə keçəndə hamı düşündü ki, burda şans qazanacaq...

- Heç kimdən geri qalmır. Sadəcə, öz vaxtını gözləməlidi.

- İlkin Sadıqov oyun zamanı yıxılaraq vaxt uzadırdı...

- Heç kimə vaxt uzatmağı tapşırmamışdım. O, fiziki cəhətdən güclü futbolçudu.

- İstədiyiniz “Kəpəz”i qura bilmisiz?

- Komanda qurmaq bir neçə ayın işi deyil. Mən söz vermişəm ki, son pillədən çıxacağıq. Komanda qurmaq üçün vaxt lazımdı. Hazırda komandamız pis deyil. Ancaq vaxt lazımdı.

- Şahin Diniyevin qoyub getdiyi komanda ilə öz komandanız arasında nə kimi fərqlər var?

- Mən öz komandamı heç kimin komandası ilə müqayisə etmək istəmirəm. Keçmiş keçmişdə qalıb, gələcəyə baxmaq lazımdı.

- Vinçesterin yoxluğunun səbəbi nə idi?

- Onun soyuqdəyməsi var. Buna görə şans qazanmadı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail