Maksim Medvedev: "Yalan demiyəcəm, həmin oyunu hamımız izləyirdik" - MÜSAHİBƏ

25.02.2018 | 1269 dəfə oxunub

“Kəpəz”lə oyunun sonuna yaxın vurulan yeganə qolla qələbə qazanan və ən yaxın izləyicisi “Qəbələ” ilə xal fərqini artıran “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Çətin qələbə qazanmağınıza təsir edən amillər hansılardı?

- “Qarabağ”a qarşı bütün komandalar ciddi hazırlaşır. Bizimlə oyunlarda məndə belə təəssürat yaranır ki, rəqiblərimiz futbol oynamağa yox, xal almağa çıxıb. Qələbə, heç-heçə fərqi yoxdu, təki bizi saxlasınlar. Müdafiədə çox bağlanırlar və bu səddi yarmaq çətin olur. “Kəpəz”in də bu cür oynayacağını bilirdik. Buna görə də xüsusi məşqlər keçirdik və sona yaxın ev tapşırığından qol vurduq.

- Rəqiblər niyə məhz “Qarabağ”a qarşı bu cür oynayırlar?

- Bu gün Qurban Qurbanov həm “Qarabağ”ın, həm də millinin baş məşqçisidi. Hamı çalışır ki, özünü yaxşı tərəfdən göstərsin və milliyə dəvət alsın. Hər şey edirlər ki, ortada nəticə olsun. Əsas məqam həmin oyunçuların özlərini baş məşqçiyə göstərmələri ilə bağlıdı.

- “Qəbələ”nin bir gün əvvəl “Səbail”ə yenilməsi bugünkü qələbə istəyinə təsir etdimi?

- Yalan demiyəcəm, həmin oyunu hamımız izləyirdik. “Qəbələ” xal itirdi, bizim də ən yaxın izləyicimiz onlardı. Bu itkidən maksimum faydalanmağa və xal fərqini artırmağa çalışdıq. Bunu qoruyub saxlayacağıq.

- Fasilədən sonra cəmi 2 qol vurmusunuz, amma buraxmamısınız. Mövqelər üzrə müqayisə aparsan, müdafiənin üzərinə düşəni daha yaxşı yerinə yetirdiyini demək olarmı?

- Həm hücuma, həm də müdafiəyə komanda şəklində cəlb olunuruq. Müdafiəni ancaq 4 arxa xətt oyunçusu və qapıçı təşkil etmir. Mahir Mədətovdan müdafiəmiz başlayır. Baş məşqçimiz hər zaman deyir ki, qapınızda qol görməmək əsas istəyiniz olmalıdı. Müdafiəçi kimi rəqibin qapımıza yol tapmasını istəmirəm. Bunu komanda şəklində istədiyimizə görə, məqsədimizə nail oluruq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər
   
  O Q H M T-f X
1. Neftçi 10 8 1 1 20-7 25  
2. Qarabağ 10 6 2 2 17-11 20  
3. Səbail 10 5 2 3 12-11 17  
4. Sabah 10 5 1 4 9-11 16  
5. Qəbələ 10 3 3 4 14-14 12  
6. Sumqayıt 10 3 2 5 10-13 11  
7. Keşlə 10 1 3 6 8-14 6  
8. Zirə 10 1 2 7 7-16 5  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi