Elxan Məmmədov: “Bu “virus”u məhv etməsək, o bizi məhv edəcək”

07.03.2018 | 5131 dəfə oxunub

“2017-ci il futbolla zəngin il idi. Ötən il 23 yaşadək futbolçulardan ibarət milli komandamız bizi sevindirdi, İslam Oyunlarında qızıl medal qazandı”.

Stadium.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov AFFA-nın növbəti hesabat konfransında deyib. Konfransda iştirak edən qurum rəsmisi 2017-ci ildəki uğurlardan danışıb:

“2017-ci ildən danışanda Çempionlar Liqasının himni qulağımızda eşidilir. Çünki “Qarabağ” bizi sevindirdi, Çempionlar Liqasının qrup mərhələsində mübarizə apardı. “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində 8 komandalı çempionatdan iştirak edən yeganə komanda idi. Yəqin UEFA bu məsələ ilə bağlı araşdırmalar aparacaq”.

O, Bakı Olimpiya Stadionun 2019-cu ildə Avropa Liqasının finalını qəbul etməsini müsbət məqam kimi dəyərləndirir: “Ötən illə bağlı məqamlardan biri də bu oldu ki, Bakı Olimpiya Stadionu 2019-cu ildə Avropa Liqasının finalını qəbul etmək şansı qazandı. Buna görə hazırda konfransda iştirak edən Con Delyeniyə təşəkkür edirəm. Sağ olun ki, bizə səs verdiniz. Çempionlar Liqasının finalı uğrunda mübarizədə isə Madridin “Metropolitano” stadionuna uduzduq”.

AFFA rəsmisi danışılmış oyunlardan da danışıb: “Ötən il mənfi hallar da baş verdi. Mövzu danışılmış oyunlardı. Bu məsələ çox ciddidi. Bu “virus”, cinayət geniş yayılmaqdadı. Biz artıq başlanğıc mərhələsindəyik. Təbii ki, bu mübarizəyə qarşı müharibəni davam etdirəcəyik. Xahiş edirəm, bu mübarizədə bizimlə birlikdə olun. Biz bu “virus”u məhv etməsək, o bizi məhv edəcək”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail