"Barselona"da yeni futbolçu

10.03.2018 | 2079 dəfə oxunub

"Barselona" braziliyalı yarımmüdafiəçi Arturun transferini həll edib. Stadium.Az xəbər verir ki, "Qremio"nun 21 yaşlı futbolçusunun transferi 2019-cu ilin yayında rəsmiləşəcək.

Katalon klubu 30 milyon avronu birbaşa, 10 milyonu isə bonus şəklində hissə-hissə ödəyəcək. Uzun müddət "Barselona"nın maraq dairəsində olan Artur 2017-ci ilin dekabrında klubun idman direktoru Robert Fernandezlə görüşmüşdü.

Martın 7-si "Qremio"nun prezidenti Romildo Bolzan jurnalistlərə açıqlamasında keçidin reallaşmaq üzrə olduğunu demişdi.

Arturun transferi Andre Qomeşin "Barsa"dan getməsi ilə nəticələnə bilər. Filippe Koutinyonun komandaya qoşulmasından sonra meydana çıxmaq şansları azalan portuqaliyalının adı "Mançester Yunayted" və "Tottenhem" ətrafında hallanır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

23.03.2019

15:25  Millimiz məğlub oldu - YENİLƏNİB

02:10  Argentina - Venesuela 1:3 VİDEO

02:07  Moldova – Fransa - 1:4 VİDEO

00:32  Yaponiya - Ekvador 0:1 VİDEO

22.03.2019

23:44  ABŞ - Ekvador - 1:0 VİDEO

12:58  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01:46  Belçika - Rusiya - 2:1 VİDEO

21.03.2019

22:32  Xorvatiya - Azərbaycan - START HEYƏTLƏR

16:08  Almaniya - Serbiya 1:1 VİDEO

20.03.2019

19.03.2019

18.03.2019

   
  O Q H M T-f X
1. Neftçi 10 8 1 1 20-7 25  
2. Qarabağ 10 6 2 2 17-11 20  
3. Səbail 10 5 2 3 12-11 17  
4. Sabah 10 5 1 4 9-11 16  
5. Qəbələ 10 3 3 4 14-14 12  
6. Sumqayıt 10 3 2 5 10-13 11  
7. Keşlə 10 1 3 6 8-14 6  
8. Zirə 10 1 2 7 7-16 5  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi