Qurban Qurbanov: "Bu komanda öz oyununu tapıb"

10.03.2018 | 4697 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XIX turunda “Zirə”ni 2:0 hesabub etdikləri oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Vacib 3 xal qazandıq. Bilirdik ki, “Zirə” ötən turdakı məğlubiyyətdən sonra daha istəkli olacaq. Belə də oldu İlk 15-20 dəqiqədə çətinlik çəkdik. İkinci hissədə də eyni ssenari oldu. Ancaq 3 xal qazanmağı bacardıq. Futbolçularıma təşəkkür edirəm.

- Həmişə Ramil Şeydayevə az şans verdiyiniz deyilirdi. Bu gün onun oyunundan razı qaldız?

- Bəli, razı qaldım. Təkcə onun yox, bütün futbolçuların oyunundan razı qaldım. Ramil bu gün çox çalışdı. Çox istəkli idi.

- Ancaq Ramil sanki qol duyumunu itirib...

- Bu, normal haldı. Həmin epizodları əldə etmək vacibdi. Əsas odu ki, qol fürsəti əldə edə bilirdi. Hücumçu üçün əsas xüsusiyyət budu. Ümid edirəm ki, vaxt keçdikcə bir az da düzələcək.

- Növbəti oyunda “Neftçi” ilə qarşılaşacaqsız. Rəqib son vaxtlar öz oyununu tapıb...

- Bəli, məncə də, rəqib son vaxtlar yaxşı oyun sərgiləyir. “Qəbələ” ilə matçda 2, “Keşlə”yə isə 3 qol vurdular. Bu komanda öz oyununu tapıb. Çətin qarşılaşma olacaq. Fikrimcə, azarkeşlər maraqlı oyun izləyəcəklər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail