Kintana: "Xoşbəxtlikdən, məşqçi çox vaxt mənə meydanda sərbəst hərəkət etməyə imkan verir"

10.03.2018 | 4433 dəfə oxunub

"Qarabağ"ın futbolçusu Dani Kintana "Zirə" ilə oyundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb:

- Bu gün rahat qələbə qazandığınızı demək olarmı?

- Erkən qol vurmağımız lehimizə işlədi. Ardıncı ikinci dəfə rəqibi mərkəzə dəvət etdik. Topa və oyuna nəzarət bizim tərəfimizdə idi. Bunu həmişə edirik. Məncə, 3 xala layiq idik.

- Oyunun gedişində bir neçə dəfə mövqeyinizi dəyişdiz. Bu, əvvəldən verilmiş tapşırıq idi?

- Xoşbəxtlikdən, məşqçi çox vaxt mənə meydanda sərbəst hərəkət etməyə imkan verir. Bu gün də mənim üçün uğurlu oldu. Qol da vurdum. Sırf vəziyyətdən asılı olaraq, bəzən mövqeyimi dəyişirdim.

- Növbəti oyunu hazırda yaxşı formada olan "Neftçi"yə qarşı keçirəcəksiz. Hansı nəticəni gözləyirsiz?

- Bilirik ki, "Neftçi" son vaxtlar yaxşı forma yığıb, ardıcıl qələbələr qazanmağa başlayıb. Amma həmişəki kimi, meydana qalibiyyət üçün çıxacağıq. "Qarabağ"ın hər zaman məqsədi budu. "Neftçi"nin işini çətinə salmağa çalışacağıq.

- "Qəbələ" qış fasiləsindən sonra özünü yaxşı tərəfdən göstərə bilmir. Bunun da nəticəsində artıq "Qarabağ"dan 10 xal geri qalır. Bu, sizin üçün gözlənilməz olmadı?

- Əslinə qalsa, doğrudan da, mənim üçün çox təəccüblü oldu. "Qəbələ"nin belə xal itkilərini gözləmirdik. Amma heç kimi hesabdan silmirik. Mübarizəmizi sona qədər davam etdirəcəyik. Biz addım-addım irəliləyirik, həmişə növbəti oyuna baxırıq. Qalan turlarda da belə olacaq.

- "Qarabağ"ın irəli xətdə oynayan futbolçularından Ramil Şeydayev daha istedadlıdı, yoxsa Mahir Mədətov?

- Gəlin, belə məsələlərə girməyək. Bununla bağlı qərarı baş məşqçi verir. Bu gün start heyətdə Ramil yer almışdı. Mən baş məşqçinin qərarlarına qarışmaq istəmirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail