Ufuk Budaq AFFA-dan ona dəvət göndərilməməsini istəyib

14.03.2018 | 4620 dəfə oxunub

“Samsunspor”un müdafiəçisi Ufuk Budakın Azərbaycan millisinə dönüşü baş tutmayacaq. Stadium.Az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

Bildirilir ki, müdafiənin həm cinahlarında, həm də mərkəzində oynamağı bacaran futbolçu Azərbaycan millisinin Belarus və Makedoniya ilə yoldaşlıq oyunlarına çağırılıb. Lakin Budak PTT I liqanın geridə qalan turunda “Qaziantepspor”la görüşdə zədələndiyi üçün millimizə qoşulmayacaq. Onun bu üzdən AFFA rəsmiləri ilə əlaqə saxladığı və dəvət edilməməsini istədiyi vurğulanıb.

Yığma komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədə müayinə ediləcək 28 yaşlı müdafiəçinin çempionatın “Adanaspor”la matçına qədər sıraya dönməsi gözlənilir. “Samsunspor”un həkimi tibbi müayinənin ardından zədənin qorxulu olmadığını açıqlayıb. Lakin həkimin məsləhəti ilə məşqçilər korpusu onu “Boluspor”la görüşdə riskə atmamaq qərarına gəlib.

Azərbaycan millisi martın 23-də Belarus, 27-də isə Makedoniya ilə qarşılaşacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail