"Biz həmişə çalışırıq ki, Şehiç rəqib hücumçuları öz üzərinə çəksin"

14.03.2018 | 3711 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XX turunda “Neftçi”ylə oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Maraqlı oyun alındı. Bircə qol çatışmadı. Ancaq çempionatın ən sürətli oyunu oldu. Həm toplu, həm də topsuz hər iki komanda çox aktiv oyun sərgilədi. “Neftçi” yaxşı forma yığıb. Bu komandaya uğurlar arzulayıram. Azarkeşlər də sona kimi komandalarını dəstəklədilər. Komandamın oyunundan razı qaldım.

- Sanki İbrahim Şehiç rəqibi öz üzərinə çəkməyə çalışırdı...

- Bizim bütün oyunlarda belə olur. Ola bilsin, bəzi ötürmələr alınmadı. Biz həmişə çalışırıq ki, Şehiç rəqib hücumçuları öz üzərinə çəksin.

- İkinci hissədə “Qarabağ”ın verilməyən penaltisi var idi. Bu barədə Ramil Şeydayevlə danışdız?

- Belə hallar olur. Bu barədə əlavə danışmağa ehtiyac yoxdu.

- Komandanız ikinci hissədə sanki geriyə oturdu...

- “Neftçi”nin oyununu qeyd etməliyik. Sona kimi tempi aşağı salmadılar. Qalib gəlmək istəyirdilər. Rəqib bizə imkan verdiyi qədər oynadıq. "Neftçi" çox istəkli idi. Amma onlar üçün də çətin anlar oldu.

- Çempionatın səviyyəsi barədə fikirlərinizi bildirərdiz...

- Yaxşıdı. Qış fasiləsindən sonra komandalar yaxşı təsir bağışlayır. Çempionatın ikinci yarısı daha fərqlidi.

- “Trabzonspor”un Ramil Şeydayevi geri qaytarmaq planı olduğu deyilir...

- Bu məsələyə mövsümün sonunda baxacağıq. Hələ ki, bu barədə düşünmürük. Buna vaxtımız olacaq. Məncə, həm biz, həm də Ramil bu barədə düşünüb, doğru qərar verməlidi.

- Ufuk Budak milliyə dəvət olunub?

- Bəli, dəvət edilib, ancaq zədə aldığından milliyə kömək edə bilməyəcək.  

- Millinin heyəti nə vaxt açıqlanacaq?

- İnşallah, “Sumqayıt” - “Kəpəz” oyunundan sonra. Həmin matçdan sonra heyəti tam müəyyənləşdirəcəm. Bu oyuna canlı baxa bilməsəm də, evdə izləyib, son qərarı verəcəm.

- Millidə sürpriz adlar olacaq?

- Bəli, yeni futbolçular olacaq. Bəzi dəyişikliklər edəcəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail