Sadıq Sadıqov: "Onlarla nəinki biz, heç kim bacarmır" - MÜSAHİBƏ

15.03.2018 | 4058 dəfə oxunub

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov bu gün jurnalistlərin suallarını cavablandırıb: 

- Qarşıdan dünya çempionatı gəlir. Komandanın planları və hazırlıq durumu sizi qane edirmi?

- Dünya çempionatı bizim üçün böyük prioritet məsələlərdən biridi. Komanda Qusarda təlim-məşq toplanışına artıq başlayıb. Baş məşqçi tətbiq etdiyi cədvəllə idmançıların formalarını qoruyub-saxlamalarına çalışır. Mən özüm də onların yanında olmuşam. Uşaqlarda əhval-ruhiyyə yüksəkdi. Dünya çempionatına ciddi hazırlaşırıq.

- Yeni baş məşqçi ilə yəqin ki, söhbətiniz olub. Onun qarşısına hansı hədəfləri qoymusunuz?

- Bizim ən böyük hədəflərimiz Avropa, dünya çempionatları və Olimpiadadı. Hər bir baş məşqçinin də məqsədi bu yarışlarda yüksək nəticələr göstərməkdi.

- Medalların sayı varmı?

- Cüdo dünyanın ən populyar idman növlərindən biridi. 240 dövlətin komandası 7 çəkidə iştirak edirsə, bu, yarışın nüfuzundan xəbər verir. Rio Olimpiadasında 2 medal qazanmışdıqsa, qarşıdakı məqsəd bunu təkrarlamaqdı. Təbii ki, medalın sayının artması daha yaxşı olardı.

- Son yarışda idmançılarımızın hələ də yaponiyalılarla bacarmadığı üzə çıxdı...

- Onlarla nəinki biz, heç kim bacarmır.

- Bu, psixoloji problemdi?

- Bilirsiz, Yaponiyada bu idman növü çox güclü inkişaf edib. İkincisi, psixoloji durum da var. Bəzən görürsən ki, uşaqlar yapon idmançı ilə düşəndə həyəcan keçirirlər. 73 kq çəkidə Rüstəm Orucov və Hidayət Heydərov yapona uduzdular. Həmin rəqibi necə keçmək mümkündü? Bu, texniki, taktiki məsələlərdi. Uşaqlar toplanışda bunun üzərində çalışırlar.

- Qadın cüdoçuların çıxışı sizi qane edirmi?

- Hələ ki, qane etmir. Nəzərə alaq ki, onlar hələ gəncdilər. Olimpiadaya da hələ vaxt var. Qadınlarla 6-7 aydı işləməyə başlamışıq. Əvvəldən qadınlarla bağlı böyük problemlər var idi. Olimpiadada 7 lisenziya nəzərdə tutmuşuqsa, istəyirik ki, bunun 3-ü qadınların payına düşsün. İnanıram ki, bunu bacaracağıq və həmin qadınlardan biri nəticə verəcək.

- 73 kq çəkidə iki güclü cüdoçumuz var. Olimpiadaya isə biri gedə biləcək. Onlardan hansısa çəkisini dəyişə bilərmi?

- Həm Hidayət, həm də Rüstəm dünya reytinqində yüksək pillələrdədilər. Federasiya olaraq onların işinə müdaxilə edə bilmərik. İkisi də özünü 73 kq-da görürsə və hansısa güclüdüsə, digərini çıxarmalıdı. Bunu idmançıların öz öhdəsinə buraxmışıq.

- Sabiq klubunuz “Neftçi”nin oyunlarını izləyirsinizmi?

- İdman təşkilatının rəhbəri olaraq, respublikamızda gedən bütün idman yarışlarını izləyirik. Mən bilən “Neftçi” son vaxtlar yüksəlişdədi. Kluba yeni prezident təyin olunub. Kamran Quliyev tanınmış mütəxəssislərdən biridi, “Sumqayıt” klubunun prezidenti olub. Yeni baş məşqçi gətirmişdilər. Tərlan Əhmədov bizim vaxtımızda köməkçi məşqçi idi. “Neftçi” uğurlarını davam etdirəcək. Əvvəl də demişdim ki, onlara bir qədər vaxt lazımdı. Həmin vaxt artıq çatıb. “Neftçi” Avropa Liqasına vəsiqə qazanmaq üçün çalışacaq.

- Tərlan Əhmədovla çalışmısınız. Kamran Quliyevə nə məsləhət verərdiniz?

- Kamran Quliyevə heç bir məsləhət verə bilmərəm. Çünki Kamran öz işini ola bilsin ki, məndən də yaxşı bilir. İndi hansısa klub prezidentinə məsləhət vermək düzgün deyil. Biz arzu edirik ki, “Neftçi” yenə Avroliqanın qrup mərhələsində oynasın və azarkeşlərimizi, xalqımızı sevindirsin.

- “Neftçi”nin son oyunlarını izləmisinizmi?

- “Qarabağ”la dünənki matçı izlədim, super. Şəxsən mənə ləzzət elədi.

- Sizin dönəminizdə komandanın baş məşqçisi olan Böyükağa Hacıyevin səhhətində ciddi problemlər var. Onun durumu ilə maraqlanırsınızmı?

- Böyükağa müəllimlə maraqlanmamaq olarmı? Vəziyyəti ağırdı. Bu, uzunmüddətli müalicəyə ehtiyac olan xəstəlikdi. Ona şəfa diləyirəm. Onun oğlu ilə əlaqə saxlayırıq, yaxın münasibətimiz var. Allahdan Böyükağaya uzun ömür, can sağlığı diləyirəm.

- Yaxın zamanda milli komandaya bölgələrdən cüdoçular cəlb olunacaqmı?

- Bəli, gözlənilir. Qusardan, Zaqataladan gələn idmançılar var ki, təkcə Azərbaycan daxilində deyil, Avropa, dünya səviyyəli yarışlarda da öz sözlərini deyirlər. Regionlarda apardığımız işlər cüdonun inkişafı ilə bağlıdı. Elə yerlər var ki, oranı əsl cüdo regionu adlandırmaq olar. Orda da öz işimizi gücləndiririk ki, gələcəkdə milli komandamıza potensiallı uşaqlar verə bilək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail