Eddi komandasına kömək edə bilmədi

18.03.2018 | 3478 dəfə oxunub

İspaniya Sequndasında XXXI turun oyunları davam edir. Stadium.Az xəbər verir ki, milli komandamızın oyunçusu Eddi İsrafilovun komandası “Alkorkon”da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Luqo” ilə qarşılaşıb. Uzun zamandır zədə səbəbindən yeni komandasında debüt edə bilməyən İsrafilov qarşılaşmanın 68-ci dəqiqəsində komanda yoldaşını əvəzləyərək meydana daxil olub.

Eddiyə bu görüşdə “fərqlənmək” üçün 15 dəqiqə bəs edib. O, 83-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Matç isə “Alkorkon”un məğlubiyyəti ilə yekunlaşıb – 1:2.

31 oyundan sonra aktivində 35 xal olan “Alkorkon” turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail