“Ayntraxt” millimizin üzvünü qovub

19.03.2018 | 1349 dəfə oxunub

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov formasını geyindiyi “Ayntraxt” klubundan qovulub. Stadium.Az xəbər verir ki, buna futbolçunun intizamsızlığı səbəb olub.

Əvvəllər də bir neçə dəfə qeyri-etik davranışlara yol verən forvardın komanda yoldaşı ilə dalaşması rəhbərliyin səbr kasasını daşırıb. Frankfurt təmsilçisinin gənc futbolçular üzrə şöbəsinin rəhbəri Armin Kraaz qərarın qəti olduğunu bildirib:

“Onu intizamsızlıq səbəbindən komandadan kənarlaşdırdıq. Renat məşqlərə buraxılmayacaq. Yeni baş məşqçi yenidən imkan yaratmışdı. Lakin bundan artıq şans verilməyəcək”.

2020-ci ilin iyununa qədər “Ayntraxt”a bağlı olan Renatla bağlı qərara əsas komandanın baş məşqçisi Niko Kovaç da etiraz etməyib: “Rəhbərliyin Dadaşovla bağlı qərarından xəbərim var. Bununla tam razıyam”.

Renat Dadaşov məşqdən sonra komanda yoldaşı ilə dalaşaraq, ona xəsarət yetirib. Bu, həmyerlimizin ilk intizamsızlığı deyil. Bir neçə həftə əvvəl məşqdə komanda yoldaşına qarşı kobudluq edən millimizin üzvü onu zədələmişdi. Bu hərəkətindən sonra isə köməkçi məşqçi ilə mübahisə edərək, onu təhqir etməkdən də çəkinməmişdi. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

20.10.2018

20:15  Elvin Yunuszadə "Sabah"da - Rəsmi

18:52  "Qarabağ" - "Səbail" -HEYƏTLƏR

16:47  "Qəbələ" - "Neftçi" -HEYƏTLƏR

19.10.2018

18:12  VII tura yekun vuruldu - Birinci Divizion

13:37  "Qəbələ" - "Neftçi" - 47ci duel

18.10.2018

18:25  VII tura start verildi - Birinci Divizion

15:59  "Sonuncu dəfə 90dəq oynadığımı yadıma gəlmir" - Nazarovdan klubuna etiraz

17.10.2018

13:48  "Biz robot deyilik" - Simeon Slavçe

16.10.2018

22:10  Millimizdən bərabərlik - Yenilənib

20:11  Norveç - Azərbaycan -HEYƏTLƏR

10:52  VIII turun hakim təyinatları - Premyer Liqamız

15.10.2018

10:16  Rusiya - Türkiyə 2:0 VİDEO

03:12  Azərbaycan - Malta 1-1 VİDEO

14.10.2018

   
  O Q H M T-f X
1. Qarabağ 3 2 1 0 4-1 7  
2. Neftçi 3 2 1 0 5-2 7  
3. Sabah 3 2 0 1 4-4 6  
4. Qəbələ 3 1 1 1 5-3 4  
5. Sumqayıt 4 1 1 2 5-5 4  
6. Səbail 3 1 0 2 2-6 3  
7. Zirə 2 0 1 1 2-4 1  
8. Keşlə 3 0 1 2 3-5 1  
26.08Keşlə 1-2Səbail
26.08Qarabağ 1-1Neftçi
25.08Zirə 0-2Sabah
25.08Qəbələ 1-1Sumqayıt
15.08Səbail -Zirə
15.08Sumqayıt -Qarabağ
16.08Sabah -Qəbələ
16.08Neftçi -Keşlə