Rəşad Sadıqov: "Proqram üzrə, sakit qaydada oyuna hazırlaşmışıq”

21.03.2018 | 2114 dəfə oxunub

“Milli komandanın sükanı arxasında ilk rəsmi debüt oyunumdur. Matçın başlamağını maraqla gözləyirəm”.

Stadium.Az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Rəşad Sadıqov deyib.

Komandamız AÇ-2019-un seçmə qrup mərhələsi çərçivəsində sabah səfərdə Kosovo seçməsi ilə qarşılaşacaq. Bu, R.Sadıqovun U-21-in baş məşqçisi qismində ilk rəsmi matçı olacaq. Oyun öncəsi Sadıqov saytımıza Kosovodan təəssüratlarını bölüşüb:

“Xüsusi, fərqli bir hiss yoxdur. Görək, oyun başlayandan sonra necə olacaq. İstər məşqçi, istər oyunçu kimi oyunlara necə hazırlaşıramsa, komandanı da o cür hazırlamağa çalışıram. Məşqçi kimi bəzi, xüsusilə Çempionlar Liqası təcrübəm var. Proqram üzrə, sakit qaydada oyuna hazırlaşmışıq”.

Kosovoda əlverişsiz hava şəraitinə görə, gücle qar yağdığından yığmamız bu gün əsas meydançada məşq edə bilməyib. Amma baş məşqçi bunun komandaya elə də ciddi təsir etmədiyini bildirib: “Kosovoda hava çox soyuq keçir, qar yağıb. Bu gün əsas meydançada məşq edə bilmədik. Çünki meydan qarla örtülüb. Sabah daha çox qar yağacağını deyirlər. Havanın necə olacağını sabah hamımız görəcəyik. Biz eyni istək, eyni əhval-ruhiyyə ilə oyuna hazırlaşırıq”.

Matça hazır olduqlarını söyləyən Sadıqov səfərdə uğurlu nəticəyə ümid edir: “Komandanın durumu məni qane edir. Hər şey qaydasındadır. Bu gün son məşqimizi edəcəyik. Oyuna nikbin yanaşırıq. Müsbət şeylər düşünürük. İnanırıq ki, buradan yaxşı oyun və yaxşı nəticə ilə ayrılacağıq. Hər şeyi zaman göstərəcək. Uşaqlara inanıram. Öz potensiallarını ortaya qoya bilsələr, yaxşı nəticə qazana bilərik”.

Kosovo – Azərbaycan oyunu sabah Bakı vaxtı ilə 22:00-da başlayacaq. Komandaların Bakıdakı qarşılaşmasında hesab açılmamışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

23.07.2018

22.07.2018

21.07.2018

12:09  Millimiz yerində qaldı - Yeni reytinq sıralaması

20.07.2018

16:51  "Qarabağ"la qarşılaşmağımıza hələ də inanmırıq" - "Kukesi"nin baş məşqçisi

19.07.2018

18.07.2018

20:14  “Qarabağ” - “Olimpiya” - HEYƏTLƏR

   
  O Q H M T-f X
1. Qarabağ 27 19 5 3 36:13 62  
2. Qəbələ 27 14 7 6 43:25 49  
3. Neftçi 27 13 4 10 37-27 43  
4. Zirə 27 11 8 8 34-29 41  
5. Sumqayıt 27 11 7 9 33:31 40  
6. Keşlə 27 7 7 13 28:39 28  
7. Səbail 27 6 5 16 19-38 23  
8. Kəpəz 27 3 5 19 17-45 14  
14.02Neftçi ---Qarabağ
14.02Zirə ---Səbail
14.02Sumqayıt ---Kəpəz
13.02Keşlə 1-1Qəbələ
01.04Kəpəz -Zirə
01.04Qarabağ -Keşlə
02.04Qəbələ -Sumqayıt
02.04Neftçi -Səbail