Mourinyo: "De Xea topu tordan çıxardığı epizoddan başqa ona toxunmadı"

20.05.2018 | 3114 dəfə oxunub

İngiltərə kubokunun finalında "Çelsi"yə uduzan "Mançester Yunayted" mövsümü titulsuz başa vurub. Stadium.Az xəbər verir ki, matçdan sonra məğlub komandanın baş məşqçisi Joze Mourinyo diqqəti rəqibin müdafiə futbolu oynamasına yönəldib.

"Çelsi"ni qələbə münasibətilə təbrik etdim. Amma, onların qələbəyə layiq olduğunu düşünmürəm. Rəqibə hörmətlə yanaşmalıyam. Həm də "Çelsi" mənim keçmiş klubumdur. Lakin qələbəni daha çox biz haqq edirdik. Bu oyundan sonra insanların nə deyəcəkləri maraqlıdır. Görəsən, bu gün "Çelsi"nin qalib gəlsiyi kimi biz qalib gəlsəydik, onlar nə reaksiya verərdi?

9 nəfərlə müdafiə olunan komandaya qarşı Lukakusuz oynamaq çətin idi. Acı məğlubiyyət olsa da, var gücümüzü ortaya qoyduq.

"Çelsi" bilirdi ki, Lukaku və Fellaini oynamayacaq. Buna görə cərimə meydançasının önündə 8-9 futbolçu yığmışdılar. Düzxətli futbolda daha təsirli olacaqlarını başa düşürdülər. Biz hər şeyi sınadıq, amma onların oyunçular qrupu dözümlü idi. De Xea topu tordan çıxardığı epizoddan başqa ona toxunmadı. Bu oyunun mənzərəsi belədir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail