Ayxan Abbasov: “Neftçi” ilə oyundan sonra həqiqətən getmək istəyirdim"

20.05.2018 | 3814 dəfə oxunub

“Zirə”nin baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XXVIII turunda səfərdə “Sumqayıt”a 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Çətin oyun oldu. Üstünlüyümüz var idi, üstəlik bizə bərabərlik də yetirdi. Digər tərəfdən, futbolçuları kökləmək çətin idi. Çempionat boyu azarkeşlərlə aramızda anlaşmazlıqlar oldu, ancaq onlarla danışdıqdan sonra hər şey həllini tapdı. “Sumqayıt”ı təbrik edirəm. Çempionatımıza rəng qatdılar. Yerli futbolçularla müqavimət göstərmək yaxşı haldı. Həvəsdən düşməməlidilər. Samir Abbasova gələcəkdə uğurlar arzu edirəm.

Medalı əldən verdik. 11 oyun qələbə qazana bilmədik. Həmin oyunlarda elə də pis çıxış eləmədik. Bu futbolçularla sonda istəyimizə çata biləcəyimizə inanırdım. Həmçinin rəhbərliyə də təşəkkürümü bildirirəm. Avropaya gedə də bilərik, getməyə də. Əsas odu ki, “Zirə”nin uğurlarını bərpa elədik. İkinci hissədəki dəyişikliklərimizin bəhrəsini gördük.

- Samir Abbasov istefa verdi. Siz belə bir uğursuzluq yaşasaydız, nə qərar verərdiz?

- Bizdə istefa tez olur. Samirin əməyi ortadadı. Təəssüf ki, media, azarkeşlər tələsik qərar verirlər. Bu gün onun gördüyü işi inanmıram, kimsə görə bilsin. İstefaya gəlincə, “Neftçi” ilə oyundan sonra həqiqətən getmək istəyirdim. Azarkeşlərin təhqirinə dözə bilmirdim. Səbəb iş deyildi. Sonra rəhbərliklə görüşdüm, gördüm ki, bizə inanırlar. Komanda ruhunun olduğunu gördüm. Görsəm ki, heç bir şey alınmır, məşqçi getməyi bacarmalıdı.

- Rəhbərliklə söhbətimiz oldu. Ayxan Abbasovun təkliflərinə uyğun islahatlar aparacaqlarını dedilər. Belə bir layihələriniz varmı?

- Bizim üçün bu geridönüş lazım idi. Klub olaraq, inkişaf etməliyik. Rəqiblərdə inkişaf varsa, biz də eyni yolu getməliyik. Nəticə lazımdısa, addımlar atılmalıdı. A, B və C planları var. Zamana buraxaq, görək nə olur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail