"Ümidimiz var ki, Premyer Liqada qalaq"

20.05.2018 | 3988 dəfə oxunub

"Oyun bərabər keçdi. Matça qələbə üçün çıxmışdıq. Əfsuslar olsun ki, məğlub olduq".  Stadium.Az xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Yunis Hüseynov evdə "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları Premyer Liqasının 28-ci tur matçından sonra keçirilən mətbuat konfransında deyib. Daha sonra təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- Komandanızın qapısına vurulan ikinci qolu necə dəyərləndirərdiniz?

- Jurnalistlərə böyük hörmətim var. Onlarla sıx əlaqədə olmuşam. Amma xahiş edirəm ki, yazı yazanda fikirləşəsiniz. Bir yazı çıxmışdı, yaraşmayandır.

Fikirləşib yazsalar, daha yaxşı olar. Elə çıxır ki, "Neftçi" "Səbail"i, "Qarabağ"ı udubsa, bu görüşdə rahat qalib gəlməlidir. O epizodda bir anlaşmazlıq oldu. Bu barədə dərhal nə isə fikirləşmək düzgün deyil. Futbolda belə şeylər olur. Elə bir anda qol buraxa bilərsən ki, heç kim gözləməsin. Qalib gəlmək istəyirdik. Özünüz də necə mübarizə apardığımızı gördünüz. Özüm də razı qaldım. Komandamızın birinci diviziona düşməsi iləbağlı qərar birigün verilsəydi, daha yaxşı olardı. Belədə psixoloji cəhətdən komandanı hazırlaya bilmişiksə, yenə böyük işdir.

- Premyer Liqada qalacağınıza hələ də ümidlisiniz?

- Rəhbərliklə görüşmüşəm, danışıqlarımız da olub. Ümidimiz var ki, Premyer Liqada qalaq. Gəncə Avropanın idman şəhəri elan olunub. Belə azarkeşi, təmirə başlanılan bazası olan komandaya bir il də şans versələr, daha yaxşı olar.

- Aşağı liqaya düşsəniz, komanda fəaliyyət göstərəcəkmi?

- Diviziona düşsək, komandanın olub-olmayacağı, mənim burada qalıb-qalmayacağım gələcəyin işidir. Jurnalistlərdən xahiş edərdim ki, bir qədər insaflı olsunlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail