"Pərdis meydanda mənim dediklərimi etmirdi"

21.05.2018 | 3276 dəfə oxunub

"Çempionatın son oyunu idi. Bu görüşün nəticəsi hər iki komanda üçün əhəmiyyət kəsb etmirdi. Buna baxmayaraq, qarşımıza yüksək hədəf qoymuşduq. Aşağı düşmək olmazdı. Onlar da sağ olsunlar, meydana çıxdılar və qələbə qazandılar".

Stadium.Az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının sonuncu – 34-cü turunun “Səbail”lə oyunundan sonra keçirilən mətbuat konfransında “Keşlə”nin baş məşqçisi Yuri Maksimov deyib. Səfərdə 1:0 hesabı ilə qalib gəldikləri qarşılaşma barədə fikirlərini açıqlayan ukraynalı mütəxəssis daha sonra jurnalsitlərin suallarını cavablandırıb.

- Sezar Meza Kolli bu gün niyə oynamadı?

- Sezarın müəyyən vaxtdır ki, zədəsi var. MRT müayinəsindən keçib, zədəsinin nə ilə bağlı olduğunu müəyyənləşdirirlər. Bizim üçün vacib oyunçudur. Çalışacağıq ki, mayın 28-nə kimi hazır olsun.

- Bəs Pərdis Fərcad-Azadı erkən əvəzləməyiniz nə ilə bağlı idi?

- Pərdis meydanda mənim dediklərimi etmirdi. Ona görə də futbolçunu əvəzləməyi lazım bildim.

- Son oyunlarda komandamız qələbə qazanır. Deyəsən, kubokda finala çıxmağınız futbolçularda özünəinam yaradıb...

- Əlbəttə, komandaya yeni futbolçular gəlmişdi. Onların bir-birinə uyğunlaşması üçün vaxt lazım idi. Digər tərəfdən, komandanın qarşısında məqsəd olmalıdır. Finala çıxmaq oyunumuza müsbət təsir göstərdi.

- Final oyunu üçün Qəbələyə nə vaxt gedəcəksiniz?

- Oyuna 1 gün yarım qalmış Qəbələyə getməyi planlaşdırırıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail