ÇL-da birbaşa qrupda oynayacaq 26 komanda

21.05.2018 | 3311 dəfə oxunub

2018/19 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində birbaşa oynayacaq 26 komandanın hamısı bəlli olub.

Stadium.Az xəbər verir ki, son vəsiqəni dünən “Latsio”nu 3:2 hesabı ilə məğlub edərək A seriyasında 4-cü yeri təmin edən “İnter” qazanıb. Milan təmsilçisi 2011/12 mövsümündən sonra ilk dəfə qitənin ən ali klub yarışına qatalacaq.

2018/19 mövsümündə ÇL-in qrupunda birbaşa oynayacaq komandalar:

İspaniya: "Barselona"*, "Atletiko", "Real", "Valensiya"

Almaniya: "Bavariya"*, "Şalke-04", "Hoffenhaym", "Borussiya" (Dortmund)

İngiltərə: "Mançester Siti"*, "Mançester Yunayted", "Tottenhem", "Liverpul"

İtaliya: "Yuventus"*, "Napoli", "Roma", "İnter"

Fransa: "Pari Sen-Jermen"*, "Monako", "Lion"

Rusiya: "Lokomotiv"*, SSKA

Portuqaliya: "Portu"

Ukrayna: "Şaxtyor"

Belçika: "Brügge"

Turkiyə: "Qalatasaray"

Çexiya: "Viktoriya"

Adlarının qarşısında ulduz qeyd olunan komandalar püşk zamanı birinci səbətdə yer alacaqlar.

Niyə Çexiya?

2016-cı ildə Çempionlar Liqasının 2018/19, 2019/20 və 2020/21 mövsümü üçün yeni formatı təsdiq edilib. Reytinqdə ən yüksək yer tutan ilk dörd ölkənin ən güclü dörd komandası birbaşa ÇL-in qrupunda oynamaq hüququ əldə edir. Yeni mövsümdən bu hüququ İspaniya, Almaniya, İngiltərə və İtaliya əldə edib.

Yeni qaydalardan sonra Avropa Liqasının qalibi də ÇL-in qrupunda oynaya biləcək. Əvvəllər isə bu komanda pley-off mərhələsində çıxış edirdi.

UEFA-nın saytı yazır ki, AL-in hazırkı qalibi “Atletiko” eyni zamanda İspaniya çempionatında ikinci yeri tutmaqla da ÇL-ə vəsiqəni təmin etdiyindən bu vəsiqələrdən biri reytinqinə görə beşinci olan assosiasiyaya (indiki halda Fransaya) verilir.

ÇL-in bu mövsümkü qalibi də yeni mövsümdən yarışın qrupunda birbaşa oynamaq hüququ qazanacaq. Öz ölkəsinin liqasında tutduğu yerlə artıq ÇL-ə vəsiqəni təmin edən “Real” və “Liverpul”un cari mövsümün finalında da üz-üzə gəldiyini nəzərə alsaq, indiki qalibin vəsiqəsi hazırda reytinqinə görə UEFA-da 11-ci yeri tutan ölkəyə - Çexiyaya (“Viktoriya”) verilir.

“Qarabağ” nə vaxt başlayır?

Qrupun digər 6 iştirakçısı təsnifat mərhələlərinin oyunlarından sonra müəyyənləşəcək. Həmin mərhələnin iştirakçıları arasında Azərbaycan çempionu “Qarabağ” da var. ÇL-in yeni formatına əsasən, Ağdam klubu bu dəfə mübarizəyə ikinci deyil, birinci təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin ilk oyunları 10-11 iyul, cavab matçları 17-18 iyulda keçiriləcək.

Qrup oyunlarına isə 18/19 sentyabrda start veriləcək. (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail