Abdulbari Gözəl: "Qarabağ"ı dünyaya çıxardıq, komandamız Azərbaycanın səsi oldu"

21.05.2018 | 3192 dəfə oxunub

"Qarabağ" klubunun prezidenti Abdulbari Gözəl Azərbaycan Premyer Liqasının mükafatlandırma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb:  

- İlk gündən "Qarabağ"a dəstək verdik. Adı, ruhu üçün dəstək verdik. Məqsədimiz "Qarabağ"ı tanıtmaqdır. "Qarabağ"la çempion olduq, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandıq. Bunların hamısını bacara bildik.

"Qarabağ"ı dünyaya çıxardıq, komandamız Azərbaycanın səsi oldu. Buna görə çox sevinirik. Azərbaycan xalqı da komandamızı çox dəstəklədi. Şirkət olaraq da əziyyət çəkən, zəif təbəqənin yanındayıq. İnsanları işlə təmin edirik. Bəzən deyirlər ki, "Azersun" fəhlə şirkətidir. Bu, bir həqiqətdir. Xeyli insanın əməyini bir araya gətirib, onlara rəhbərlik edirik. Sevinirik ki, ardıcıl 5-ci ildir çempion oluruq.

- Çempionlar Liqasında nəyə ümid edirsiniz?

- Bu mövsüm işimiz çox çətindir. Çünki Avropanın ən güclülərinə Çempionlar Liqasının təsnifat mərhələlərində rəqib olacağıq. Ona görə də hazırlıqlar görəcəyik. Baş məşqçimiz Qurban Qurbanov ağıllı insandır. Biz ona hər cür səlahiyyət vermişik. Özü də nə etməli olduğu üzərində düşünüb. Ümidvaram ki, yaxşı nəticə göstərəcəyik.

- Yeni transferlər olacaqmı?

- Mütləq! Bir neçə gün səbirli olsanız, görəcəksiniz. Yaxşı alternativlər var.

- Avropanın transfer bazarında qiymətlərin qalxması "Qarabağ"ın siyasətinə təsir edəcəkmi və büdcəniz artırılacaqmı?

- Büdcə ötən mövsümlərdəki kimi olmayacaq. Amma təbii ki, bu gün Avropa ilə ayaqlaşmaq çox çətindir. Onlar illərin klublarıdır, bilet satırlar, gəlirləri var. Onlar klubdan pul qazanırlar. Biz isə kluba sərmayə qoyuruq. Qoy, Azərbaycanda elə bir gün yetişsin ki, camaat varlansın, pullansın, biz də biletin birini 50 manata sataq. O zaman bizim də pulumuz olacaq, biz də Avropadakı klublar kimi olacağıq.

- Bəs qoyduğunuz vəsaitin Avropadan sizə gəlir gətirəcəyini nəzərə almısınız?

- Əlbəttə, bunu da nəzərə alırıq. Çünki avrokuboklara yüksəlməsək, çox şey itiririk. Vəsiqə qazandıqda xərcimizin çox hissəsini geri qaytara bilərik. İrəli getməyə məcburuq. Futbol isə yuvarlaqdır. Dönə-dönə hara getdiyi bilinmir. Bir az da şans, cürət, çalışmaq öz rolunu oynayır. Biz komandaya tam dəstək veririk.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail