Almeyda: "Bu gediş vida deyil, bəlkə də geri döndüm"

22.05.2018 | 3248 dəfə oxunub

"Qarabağ”ın və Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda Azərbaycan Premyer Liqasının sonuncu turunda "Qəbələ" ilə qalib gəldiklərioyundan sonra (1:0) jurnalistlərin suallarını cavablandırıb.

- "Qarabağ”la son matçınız idi...

- Təkcə futbolda yox, həyatda da belədir. Hansısa dövr başa çatır, bir yenisi başlayır. Azərbaycanda keçirdiyim illərdən ancaq xoş xatirələr qalacaq. Bu gediş vida deyil, bəlkə də geri döndüm, həyatda hər şey ola bilər.

- "Fiorentina” və digər klubların adı çəkilir. Dəqiqləşən bir şey var?

- Yox hələ dəqiq qərar verməmişəm. "Fiorentina” haqqında isə eşitməmişəm.

- Bəs hansı ölkələrdən təkliflər var?

- Müqavilə imzalananda hamı biləcək.

- Ölkə xaricində hansısa klubda çıxış edəcəyiniz halda, yığmaya yenə gələcəksiniz?

- Nə qədər ki, mənə ehtiyac var, hər çağırışda millinin yanında olacağam. Mənim üçün şərəfdir.

- Altı ildir ki, burda yaşayırsınız, millidə də çıxış edirsiniz. Biz sizi özümüzünkü kimi bilirik. Siz özünüzü necə hiss edirsiniz?

- Təbii ki, hisslərimiz qarşılıqlıdır. Təkcə mən yox, hətta həyat yoldaşım da özünü burada yad hiss eləmir.

- Gedişinizdə həlledici məqam nə oldu?

- Futbol oynayan daha yaxşı bilər, bəzən nəyisə dəyişmək lazım gəlir. Məndə də məhz bu ehtiyac səbəbindən nəzərə aldıq ki, yerimizi dəyişək.

- Reynaldo "Qarabağ”dan gedəndən sonra karyerasında eniş yaşandı. Bundan ehtiyatlanmırsınız?

- Bu, futbolçunun özündən asılıdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail