Ufk Budaq: "Qurban hoca məni formamı bərpa etmək üçün klubda məşqlərə dəvət etdi"

27.05.2018 | 3304 dəfə oxunub

Mayın 29-da Bakıda Qırğızıstan millisiylə qarşılaşacaq Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budak oyunöncəsi mətbuat kofransında jurnalistlərin sualları cavablandırıb.

- “Samsunspor”dan ayrıldınız. Karyeranızı harda davam etdirmək barədə düşünürsünüz?

- Hələ heç nə bəlli deyil. Menecerimlə danışmalıyam. Hələ ki, gözləyirik.

- Qurban Qurbanov dedi ki, 6 gün “Qarabağ”da məşq etmisiniz. Bu komandada qalmaq istəyərdiniz?

- Qurban hoca məni formamı bərpa etmək üçün klubda məşqlərə dəvət etdi. Belə söhbət olmayıb.

- Əvvəllər də millidə olmusunuz. Dəyişən nə var?

- 4 il bundan öncə gəlmişdim. İndi çoxlu gənc oyunçu var. Milli daha dinamikdir.

- Azərbaycan futbolunu izləyirsiniz?

- Bəli, əlbəttə, izləyirəm. Bu millinin üzvüyəm. Yığmanın bütün oyunlarını izləməyə çalışıram.

- Belə bir söhbət var ki, Azərbaycan vətəndaşlığından imtina edib, Türkiyə vətəndaşlığını qəbul etmisiniz... 

- Həm Türkiyə, həm də Azərbaycan pasportum var. Hər ikisi evdədir.

- Robert Prosineçki ilə nə probleminiz var idi? Səni milliyə niyə çağırmırdı?

- Onu məndən yox, baş məşqçidən soruşmalısınız (gülür).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail