Ronaldo "Real"dan getmək istədiyini futbolçulara deyibmiş

02.06.2018 | 2011 dəfə oxunub

"Real"ın futbolçusu Kriştiano Ronaldo Madrid klubundan ayrılmaq istədiyini Çempionlar Liqasının final oyunundan əvvəl komanda yoldaşlarına deyib.

Stadium.Az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Portuqaliyalı hücumçunun klubdakı vəziyyətin onun üçün çətinlişdiyinə görə bu qərarı verdiyini oyunçulara izah etdiyi bildirilib.

Bununla belə, "Real"ın ÇL-in qalibi olduqdan sonra Ronaldonun gələcəyi ilə bağlı şübhəli açıqlama verməsi  futbolçular üçün gözlənilməz olduğu vurğulanıb. Onların artıq Ronaldonun "Real"dan gedəcəyini həqiqətən düşündükləri yazılıb.

Xəbərdə o da qeyd olunub ki, klub rəhbərliyi də Ronaldonun son açıqlamasında narazı olsa da, sakitliyini qoruyur.

Bundan əvvəl Ronaldonun "Real"ın yeni müqavilə təklifindən razı qalmadığı idda edilirdi. Onun  Madrid klubununun Neymarla maraqlanmasından da məmnun qalmadığı bildirilirdi.

Ronaldo ÇL-in finalında "Liverpul"a 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra gələcəyi ilə bağlı qərarını yaxın günlərdə açıqlayacağını söyləyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər
   
  O Q H M T-f X
1. Qarabağ 27 19 5 3 36:13 62  
2. Qəbələ 27 14 7 6 43:25 49  
3. Neftçi 27 13 4 10 37-27 43  
4. Zirə 27 11 8 8 34-29 41  
5. Sumqayıt 27 11 7 9 33:31 40  
6. Keşlə 27 7 7 13 28:39 28  
7. Səbail 27 6 5 16 19-38 23  
8. Kəpəz 27 3 5 19 17-45 14  
14.02Neftçi ---Qarabağ
14.02Zirə ---Səbail
14.02Sumqayıt ---Kəpəz
13.02Keşlə 1-1Qəbələ
01.04Kəpəz -Zirə
01.04Qarabağ -Keşlə
02.04Qəbələ -Sumqayıt
02.04Neftçi -Səbail