Messi Barselonada Argentina millisinə qonaqlıq verib

08.06.2018 | 4350 dəfə oxunub

DÇ-2018 öncəsi son hazırlıqlarını tamamlayan Argentina millisi ziyafətdə toplanıb. Stadium.Az xəbər verir ki, komanda kapitan Lionel Messinin restoranında bir araya gəlib.

Əslində birlikdə ziyafət fikri baş məşqçi Xorxe Sampaolinin fikri olsa da, Leo komanda yoldaşlarını Barselonada yerləşən özünün və qardaşlarının idarə etdiyi “Bellavista del Jardín del Norte” restoranına çağırıb.

Məclis əvvəlcədən planlaşdırılmadığı üçün oyunçuların qəfildən restoranda peyda olması yerli əhali və şəhərin qonaqları tərəfindən təəccüblə qarşılanıb. 

Argentina yığması şənbə günü Rusiyaya yola düşəcək. “Tanqoçular” iyunun 16-da qrupdakı ilk matçını İslandiyaya qarşı keçirəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail