"Neftçi"nin yeni baş məşqçisi: "Əmin olun ki, 11 oyunçunu müdafiəyə çəkməyəcəm" - MÜSAHİBƏ

09.06.2018 | 1923 dəfə oxunub

Azərbaycan Premyer Liqasının son bürünc mükafatçısı “Neftçi”nin bu gün təyin edilən yeni baş məşqçisi Roberto Bordin Bakı Olimpiya Stadionunda mətbuat konfransı keçirib.

Stadium.Az xəbər verir k, ilk olaraq media təmsilçilərinə Roberto Bordinə həsr edilmiş videoçarx təqdim olundu. Daha sonra Bordin fikirlərini bölüşdü:

- Hamınızı salamlayıram. İlk növbədə “Neftçi” klubunu, onun prezidentinə minnətdaram ki, mənə etimad göstərdilər. Bundan başqa da İtaliyadakı agentlərimə belə fürsəti mənə yaratdıqları üçün təşəkkür edirəm. Bilirəm ki, qarşıda bizi çətin mövsüm gözləyir. Ancaq bunu da bilirəm ki, ölkənin ən zəngin tarixə malik klub “Neftçi”di. Deməli, ən ambisiyalı kluba gəlmişəm. İstər klubun idarə heyəti olsun, istər inzibati heyəti, istərsə də futbolçular – hamısı ambisiyalı insanlardı. İnanıram ki, uğurlu olacağıq. Videoçarxa görə də təşəkkür edirəm. Gəncliyə qaytardı məni.

- Təklif alanadək “Neftçi” haqda məlumatınız var idimi və tərəflərin şərtləri maraqlıdı?

- Bəli, tanıyırdım. Avrokuboklardakı oyunlardan tanıyırdım. Görüşən kimi klub prezidenti ilə ortaq fikirlər səsləndirdik. Görüşümüz zamanı klub rəhbərliyi bizə “Neftçi”nin tarixi barədə də yetərincə informasiya verdi. 

- “Neftçi” tarixində heç bir əcnəbi mütəxəssis çempion ola bilməyib. Bu faktdan xəbəriniz var? 

- Mən ambisiyalı insanam. İnanıram ki, “Neftçi”də uğur qazana biləcəm. Məsuliyyətimi də tam dərk edirəm.

- “Neftçi”dən təklif aldıqdan sonra komandanın oyunlarını izləmisinzmi?

- Bir neçə oyunu izləmişəm. Transfer mövzusunda rəhbərliklə fikir mübadiləsi aparmışıq.

- Cənab Bordin, qarşınıza çempionluq vəzifəsi qoyulubmu? “Şerif”dən tanıdığınız hansısa futbolçunu gətirmək fikriniz varmı?

- Son çempion “Qarabağ” olsa da, “Neftçi” də dəfələrlə çempion olub. Qarşıdan yeni mövsüm gəlir. Biz də uğurlu olmağa çalışacağıq. Ancaq düşünmürəm ki, çətinliyi ancaq biz yaşayacağıq. Əsas o deyil ki, kim gələcək, əsas odu ki, futbolçu komandamızın ruhuna uyğun gəlsin.

- “Şerif”lə müqayisə etsək, daha zəngin, yoxsa aşağı büdcəylə işləyəcəksiniz?

- Mənim vəzifəm baş məşqçi olmaqdan ibarətdi. Bu sualı cavablandırmağım düzgün deyil. Ümumi şəkildə isə deyə bilərəm ki, klub rəhbərliyi ilə birgə hədəflərə çatmağa çalışacağıq.

- Hazırda hər iki qapıçılar azərbaycanlılardı. Əcnəbi qolkiperə ehtiyac duyursunuzmu?

- Bizdə 3 yerli qapıçı var ki, hamısından razıyıq. Əlavə əlcək sahibinə ehtiyac duymuruq.

- İtaliyalı mütəxəssislər etibarlı müdafiə futbolu ilə tanınırlar. “Neftçi” isə hücum futboluna üstünlük verən komanda kimi ad qazanıb. Hansı dəst-xətti seçəcəksiniz?

- Əmin olun ki, 11 oyunçunu müdafiəyə çəkməyəcəm. Futbola baxışım aqressiv oyun üslubuna söykənir: 4-3-3. Sözsüz ki, müəyyən epizodlarda dəyişikliklər edilə bilər. Ancaq hücum futbolunu sevirəm və tətbiq edirəm. Ancaq oyundan-oyuna fərq olacaq.

- “Şerif”dən dən ayrılmağınıza səbəb nə oldu?

- “Şerif”lə uğurlu nəticələr əldə etdik. Sadəcə, özüm qərar verdim ki, iş yerimi dəyişim.

- Avrokuboklarda mümkün uğursuzluq “vaxtım az olub” deməyinizə təkan verəcəkmi?

- Doğrudu, təsnifat mərhələsinə az vaxt qalıb. Ancaq çalışacağıq ki, zaman qısa olsa da, hazırlaşa bilək.

- Xəbəriniz varmı ki, 8 klubun tam yarısı eyni mənbədən maliyyələşir?

- Azərbaycan Premyer Liqasının iştirakçıları ilə tanış olmuşam. Ancaq məni maliyyə mənbələri yox, idmana dair suallar maraqlandırır...



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

24.06.2018

23.06.2018

20:20  Belçikanın qələbəsi VİDEO

15:40  Belçika Tunis - heyətlər

13:26  "Onların güclü heyəti var, ancaq bizim də ..." - "Olimpiya"nın baş məşqçisi

22.06.2018

21:21  Serbiya – İsveçrə - HEYƏTLƏR

18:19  Nigeriya – İslandiya - HEYƏTLƏR

15:17  Braziliya – Kosta Rika - HEYƏTLƏR

21.06.2018

23:34  Fransa – Peru 1:0 VİDEO

21:23  Argentina – Xorvatiya - HEYƏTLƏR

18:23  Fransa – Peru - HEYƏTLƏR

16:06  Messi ağlayır

15:23  Danimarka - Avstraliya - HEYƏTLƏR

00:16  İran - İspaniya 0:1 VİDEO

20.06.2018

21:17  İran - İspaniya - HEYƏTLƏR
   
  O Q H M T-f X
1. Qarabağ 27 19 5 3 36:13 62  
2. Qəbələ 27 14 7 6 43:25 49  
3. Neftçi 27 13 4 10 37-27 43  
4. Zirə 27 11 8 8 34-29 41  
5. Sumqayıt 27 11 7 9 33:31 40  
6. Keşlə 27 7 7 13 28:39 28  
7. Səbail 27 6 5 16 19-38 23  
8. Kəpəz 27 3 5 19 17-45 14  
14.02Neftçi ---Qarabağ
14.02Zirə ---Səbail
14.02Sumqayıt ---Kəpəz
13.02Keşlə 1-1Qəbələ
01.04Kəpəz -Zirə
01.04Qarabağ -Keşlə
02.04Qəbələ -Sumqayıt
02.04Neftçi -Səbail