"Neftçi"nin büdcəsi 21 milyon manata yüksəldilib

10.06.2018 | 2133 dəfə oxunub

Baş məşqçi postuna italiyalı Roberto Bordini gətirən "Neftçi" klubunun illik büdcəsi 3 qat artırılıb. Stadium.Az xəbər verir ki, SOCAR-dan "Neftçi"yə 2018/2019 mövsümü üçün 21 milyon manat büdcə ayrılıb.

Bu, klub tarixi ərzində paytaxt təmsilçisinə ayrılan ən yüksək məbləğdir. Məlumat üçün bildirək ki, Dövlət Neft Şirkəti indiyədək "ağ-qaralar"a ən yaxşı halda 12 milyon manat ayırıb.

Vəsaitin 1/3 hissəsi klubun təlim-məşq bazasının tikintisi üçün nəzərdə tutulub. Bundan əlavə, 500 min manat da akademiya xərclərinə sərf olunacaq. Büdcənin yerdə qalan hissəsi isə əsas komandaya xərclənəcək.

Büdcənin artırılmasının qarşılığında "ağ-qaralar"ın idarəçilərinin qarşısına yalnız 1 şərt qoyulub – Azərbaycan Premyer Liqasının qızıl medallarını qazanmaq.

Ötən mövsüm "Neftçi"nin büdcəsi 7 milyon manat təşkil edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər
   
  O Q H M T-f X
1. Neftçi 2 2 0 0 4-1 6  
2. Sabah 2 1 0 1 2-4 3  
3. Qarabağ 1 1 0 0 2-0 3  
4. Qəbələ 2 1 0 1 4-2 3  
5. Sumqayıt 2 1 0 1 4-3 3  
6. Zirə 1 0 1 2 2-2 1  
7. Keşlə 2 0 1 1 2-3 1  
8. Səbail 2 0 0 2 0-5 0  
19.08Səbail 1-4Sumqayıt
19.08Neftçi 2-1Qəbələ
18.08Zirə 2-2Keşlə
18.08Səbail 0-2Qarabağ
25.08Qəbələ -Sumqayıt
25.08Qarabağ -Neftçi
26.08Keşlə -Səbail
26.08Zirə -Sabah