DÇ-2018-in "ən"ləri - Mundiala 3 gün qaldı

11.06.2018 | 4184 dəfə oxunub

Artıq 3 gün sonra Rusiyada keçirləcək DÇ-2018-ə start veriləcək. Mundial öncəsi bir sıra maraqlı faktlar 4 ilin ən mötəbər yarışının startını gözləyənlər üçün çox maraqlıdır. 

Onların bəzilərini sizə təqdim edirik:

Çempionatın ən yaşlı oyunçusu: Essam Əl Hadari (Misir) – 45 yaş 5 ay 

1973-cü il yanvarın 5-də doğulan Hadari milli komandada 150-dən çox oyun keçirib. Bu unikal qapıçı debütünü 22 il əvvəl rəsmiləşdirib. Dünya çempionatına “Əl Tavun” klubundan yollanıb. Onu oyunlar zamanı meydanın hər yerində görmək mümkündür. Hadari əgər meydana çıxsa, Fərid Mandraqonun rekordunu yeniləyəcək. 

Rusiya millisinin ən yaşlı oyunçusu isə Sergey İqnaşeviçdir. 1 ay sonra onun 39 yaşı tamam olacaq. 

Ən gənc futbolçu isə Avstraliyanı təmsil edir. Bu Daniel Arzanidir. Onun 19 yaşından 5 ay ötür. 

Rusiya millisinin ən gənc oyunçusu isə 20 yaşlı Aleksandr Qolovindir. 

Ən yaşlı komanda isə Kosta-Rika millisidir. Bu komandanın ortalama yaşı 29,6-dır. Belə çıxır ki, 4 il sonra Qətərdə keçiriləcək DÇ-yə kosta-rikalılar 30 yaşlı heyətlə gələcəklər. 

Ən gənc komanda isə Nigeriyadır. Afrikalıların ortalama yaş həddi 25,9-dur. 

Ən gənc və yaşlı komanda arasında ortalama yaş fərqi 4 ildir. Nigeriyada 30 və daha çox yaşda cəmi 4 oyunçu var. Bir çox futbolçular 25 və ondan aşağı yaşa malikdir. 

Çempionatın ən qısa oyunçusu Yahya Aş-Şehridir. Onun boyu 164 sm-dir. O, Səudiyyə Ərəbistan millisinin şərəfini qoruyur. Əş-Şəhri yığmada 55 oyun keçirib və 7 qol vurub. 

Rusiya millisinin ən qısa oyunçusu isə Aleksandr Səmədovdur. Onun boyu 1,77 metrdir. 

Ən hündürboylu futbolçu isə Lovre Kaliniçdir. Xorvatiya yığmasının futbolçusunun boyu 2,01 metrdir. 

Ən yüngül oyunçu Meksika millisinin futbolçusu Xaviyer Aquino, yaponiyalı Takaşi İnui və mərakeşli Mübarək Bussufadır. Onların çəkisi 59 kiloqramdır. 

Ən ağır oyunçu isə Panamadan olan Roman Torresdir – 99 kiloqram. 

Qiymətlər:

Ən bahalı komanda Fransa millisidir. Bu yığmanın heyəti ümumilikdə 1,08 milyard avro təşkil edir. 

1 milyard avro həddini İspaniya yığması da keçir. Prineylilərin ümumi qiyməti 1,03 milyard avrodur. Daha sonra Braziliya (981 milyon avro), Almaniya (883 milyon avro) və İngiltərə (874 milyon avro) gəlir. 

Ən ucuz komanda isə Panamadır. Amerikalıların ümumi qiyməti 8,43 milyon avro təşkil edir. 

Dünya çempionatının ən bahalı komandası Panamadan 128 dəfə bahadır. 

Ən bahalı oyunçular isə Neymar (Braziliya) və Lionel Messi (Argentin) – 180 milyon avro. 

DÇ-də 100 miilyon transfer qiyməti olan 12 oyunçu var. Bunlar Messi, Neymar, Harri Keyn, Kevin De Bruyne, Mohammed Salah, Kliyan Mbappe, Diba, Eden Azar, Ronaldo, Dele Alli, Koutinyo və Antuan Qrizmandır. 

Məşqçilər:

Ən yaşlı məşqçi Oskar Tabaresdir. Uruqvay millisinin çalışdırıcısının 71 yaşı var. 

Ən gənc məşqçi isə Aliou Sissedir. Seneqal yığmasının başında olan mütəxəssis 42 yaşındadır. 

Baş məşqçi vəzifəsində ən uzun çalışan da Oskar Tabaresdir. O, 12 il 4 aydır ki, yığmada işləyir. 

Ən az bu vəzifəni tutan isə Akira Nişinodur. Yaponiya yığmasının məşqçisi cəmi 2 aydır ki, heyətin başına gətirilib. 

Ən yüksək ödənişli məşqçi Yoahim Lövdür. Almaniya millisinin çalışdırıcısı ildə 3,85 milyon avro qazanır. 

Ən aşağı ödənişli məşqçi isə nigeriyalı Aliou Sissedir. Onun illik maaşı 200 min avrodur. 

Dünya çempionatında ən çox futbolçu göndərən 3 klub var. Bunlar “Mançester Siti” (16), “Real” (15) və “Barselona”dır (14). 

Ən çox futbolçu göndərən liqalar aşağıdakı kimidir:

İngiltərə Premyer Liqası (108 oyunçu).

İspaniya La-Liqası (78 oyunçu).

Almaniya Bundesliqası (62 oyunçu). 

İtaliya A Seriyası (58 oyunçu). 

Fransa Liqa-1 (47 oyunçu). 

İngiltərə millisinin bütün heyəti daxili liqada çıxış edir. Bütün futbolçular Premyer Liqada oynayırlar. 

İsveç və Seneqal millisinin bütün oyunçuları isə legionerlərdir. Bu komandaların yerli çempionatdan heç bir futbolçusu yoxdur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail