"Neftçi" "Sumqayıt"ın daha bir futbolçusunu transfer etdi

12.06.2018 | 4171 dəfə oxunub

"Neftçi” daha bir transferini rəsmiləşdirib. Stadium.Az xəbər verir ki, "Sumqayıt"dan ayrılan Rəşad Eyubovla 1 illik müqavilə imzalanıb.

25 yaşlı yarımmüdafiəçi "ağ-qaralar”ın heyətində 4 nömrəli formanı geyinəcək.

Rəşad Eyubov ötən mövsümü "Sumqayıt” klubunun heyətində keçirib və 28 oyunda 4 qol vurub. O, karyerası ərzində Ukraynanın "Çernomorets” və "Metallurq” klubları ilə yanaşı, ölkəmizdə "Simurq”, "Xəzər Lənkəran”, "Kəpəz” və "Qəbələ”də də çıxış edib.

"Neftçi” bundan öncə cinah müdafiəçisi "Sumqayıt"dan Tural Axundov və "Kəpəz"dən braziliyalı hücumçu Dario Frederiko ilə münasibətlərini rəsmiləşdirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail