Dani Kintana hansı kluba keçir?

15.06.2018 | 4610 dəfə oxunub

Dani Kintana "Qarabağ"la başa çatan müqaviləsini yeniləməyib. Stadium.Az xəbər verir ki, Ərəb və İspaniya klublarından təklif alan Ağdam klubunun yarımmüdafiəçisinə bu dəfə Polşa klubu "elçi düşüb".

31 yaşlı oyunçu sabiq klubu "Yaqelloniya"nın transfer hədəfindədir. Belostok təmsilçisi azad agent statusu daşıyan ispaniyalını heyətinə qatmaqda israrlıdır. Tərəflər arasında danışıqlar gedir və anlaşma əldə edilsə, transfer rəsmiləşəcək. 

Kintana 2015-ci ildən "Qarabağ"da çıxış edir. O, 2013-15-ci illərdə "Yaqelloniya"da çıxış edib və 56 oyuna 20 qol vurub.

 Dani ötən mövsüm Premyer Liqada 20 oyuna 5 qol vurub, 5 assist edib.

"Qarabağ" Pedro Enrike, Ramil Şeydayev, Rahid Əmirquliyev, Ağabala Ramazanov, Əfran İsmayılov, Riçard Almeyda, İbrahim Şehiç, Elvin Yunuszadə və Arif Daşdəmirovla yolları ayırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail