"Onların güclü heyəti var, ancaq bizim də ..." - "Olimpiya"nın baş məşqçisi

23.06.2018 | 3559 dəfə oxunub

“Ötən mövsüm “Olimpiya” cəmi 3 oyunda uduzub.  Ona görə də indi ən azından bu uğuru təkrarlamaq istəyirik”.

Stadium.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Olimpiya” klubunun baş məşqçisi İliya Stolitsa Sloveniya mətbuatına açıqlamasında deyib. Avrokuboklarda yaxşı çıxış etmək istədiklərini söyləyən gənc mütəxəssis “Qarabağ”dan da danışıb:

“Planlarımıza avrokuboklarda uğurlu çıxış etmək də daxildir. Çempionla Liqasında bizə çox güclü rəqib düşdü. “Qarabağ”ın qrup mərhələsində oynaması çox şeydən xəbər verir. Onların güclü heyəti var, ancaq bizim də fəal azarkeşlərimiz, gözəl strukturumuz və əla oyunçularımız var. Yeni transferlər də bizə kömək edə bilərlər”.

“Qarabağ”la “Olimpiya” arasında ilk görüş iyulun 11-i Lübyanada keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab matçı isə iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Bu görüşün başlama saatı isə 21:00-dır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail