Roberto Bordin: "Bu çox vacib matçdır"

06.07.2018 | 4039 dəfə oxunub

"Neftçi” PFK-nın baş məşqçisi Roberto Bordin "Neftçi” TV-yə müsahibə verib. Stadium.Az xəbər verir ki, əvvəlcə Türkiyədəki sonuncu yoxlama matçı haqda danışan italiyalı mütəxəssis təlim-məşq toplanışını dəyərləndirib:

"Nəticənin vacib olması tamamilə normaldır. Qələbə qazanmaq həmişə vacibdir. Bununla belə, təbii ki, oyunu analiz etməliyik. Yaxşı epizodlarımız oldu, amma bunları daha da yaxşılaşdırmaq lazımdır. Təlim-məşq toplanışını başa vururuq. Bir tərəfdən deyə bilərəm ki, şadam. Biz hələ çox işləməliyik, artırmalıyıq. Qarşıdan gələn avrokubok oyununadək tam hazır olmalıyıq. Əvvəla, deyim ki, bizim yaxşı kollektivimiz var. Futbolçudan əvvəl mən onları insan kimi qiymətləndirirəm. Yenə deyirəm, çox yaxşı kollektivdir. Və bu 1:0 bizim xeyrimizədir.

Bakıdan başlayaraq bu günə kimi fiziki planda çox artırmışıq. Texniki-taktiki planda da çox irəliləmişik. Əvvəllər də dediyim kimi, yoxlama oyunları komandanın vəziyyətinin güzgüsüdür. Yəni komanda özünü necə ifadə edir, necə hiss edir. Bu həmişə özünü başqa tərəfdən görməyə, bir şeyi daha yaxşı eləməyin mümkünlüyünü anlamağa kömək edir. Məsələn, bugünkü oyunda qola çevirə bilmədiyimiz epizodlardan ibrət götürməliyik. Oyunun videoyazısına futbolçularla birgə baxacağıq. Harada daha yaxşı işləməyin mümkünlüyünü və səhvlərimizi necə düzəldəcəyimizi anlamağa vaxtımız olacaq”.


Baş məşqçi yeni transferlər haqda da fikirlərini bildirib:

"Əvvəllər də komandada olan futbolçular yeni transferlərə uyğunlaşma prosesində kömək edirlər. Hər gün fikir verirəm ki, yeni gələnlər komandaya çox yaxşı uyğunlaşıblar. Biz çox yaxşı, güclü kollektivik və bu mənim çox xoşuma gəlir. Həm əvvəllər də komandada olan futbolçularla, həm də yenilərlə texniki-taktiki planda hər şeyi sıfırdan başlamışıq. Bir-birimizi tanıdıq, yaxşı çalışdıq. Futbolçular da öz aralarında bir-birlərini tanıyırlar. Komandanın ruhu xoşuma gəlir. Hədəflərimizə çatmaqda bu bizə kömək edəcək. Bir az da vaxt lazımdır. Bəzən bu, oynamaq üçün qarşılaşdığın komandadan daha çox asılı olur. Çox intensiv məşqlər keçmişik. Bəlkə də bəzi oyunlardan əvvəl fiziki cəhətdən yorğun olmuşuq. Toplanışın sonudur. Bir həftə sonra çox vacib oyunumuz var. Komandanın ən yüksək səviyyədə olduğu vaxtları da oldu, fiziki cəhətdən yorğun vaxtları da. Toplanış ərzində belə olmağı normaldır. Komandanın fiziki durumundan başqa futbolçular arasında qarşılıqlı anlaşmalar da vacibdir. Deyə bilərəm ki, biz bu müddət ərzində birlikdə böyüdük. Çox işlədiyimiz üçün buna nail olduq”.

Roberto Bordin sonda Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində iyulun 12-də keçiriləcək görüşə toxunub:

"Uypeşt”lə oyunda mən də hamı kimi komandamızdan yaxşı nəticə gözləyirəm. Bu çox vacib matçdır. Yaxşı xarakter göstərən güclü rəqiblə qarşılaşacağıq. Rəqibimiz hazırda özünü fiziki cəhətdən yaxşı hiss edir. Onlar da çoxlu yoxlama oyunu keçiriblər. Çox çətin qarşılaşma olacaq. Ehtiyatlı davranacağıq, amma təbii ki, öz oyunumuzu göstərməyə çalışacağıq. Qarşıda bizi güclü rəqib gözləyir, amma öz oyunumuzu göstərməyə çalışacağıq. Bunun necə yekunlaşacağını görəcəyik. Deyə bilərəm ki, oyuna hazırıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail