"Qarabağ" "Olimpiya"nın təklifini rədd edib

10.07.2018 | 3023 dəfə oxunub

"Olimpiya" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacağı "Qarabağ"a ilk oyunun başlama saatını dəyişdirməyi təklif edib.

Stadium.Az xəbər verir ki, bu barədə Sloveniya mətbuatı məlumat yayıb. Klub bu addımı matçın DÇ-2018-in yarımfinalında Xorvatiya - İngiltərə görüşü ilə eyni vaxtda başlanacağı üçün atıb. "Olimpiya" "Qarabağ"a oyunun yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 20:00-da) başlamağı təklif edib. Ancaq Ağdam klubu bu təkliflə razılaşmayıb.

"Olimpiya" - "Qarabağ" oyununun başlama saatı həmin gün keçiriləcək DÇ-2018-in yarımfinal mərhələsinin İngiltərə - Xorvatiya görüşü ilə üst-üstə düşdüyü üçün canlı yayımlanmaya bilər. Dünya çempionatının oyununa marağın daha böyük olacağını nəzərə alan Sloveniya telekanalları "Olimpiya" - "Qarabağ" qarşılaşmasını canlı yayımlamaq istəmirlər. Məhz buna görə də klub bu təklifi irəli sürmüşdü.

"Olimpiya" - "Qarabağ" matçı iyulun 11-i Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail