Ronaldo: "Buna görə də klubdan məni satmaqlarını xahiş etdim"

10.07.2018 | 3960 dəfə oxunub

“Real” və Madriddəki bu illər bəlkə də həyatımın ən xoşbəxt dövrü idi. Şəhərə və kluba hədsiz dərəcədə minnətdaram”.

Stadium.Az xəbər verir ki, bu sözlər Portuqaliya millisinin futbolçusu Krişyianu Ronaldoya məxsusdu.

Bu gün “Real”dan “Yuventus”a keçən ulduz oyunçunun vida məktubu sabiq klubunun saytında yerləşdirilib: “Burda aldığım sevgi və dəstək üçün hamıya təşəkkür edirəm. Hesab edirəm ki, həyatımda yeni mərhələyə başlamaq vaxtı çatıb. Buna görə də klubdan məni satmaqlarını xahiş etdim. Azarkeşlərdən məni başa düşmələrini xahiş edirəm”.

Klubda və ətrafındakılara təşəkkür edən Ronaldo “Real”da keçirdiyi dövrü dəyərləndirib: “Bu, möhtəşəm 9 il idi. Hətta unikal idi. Eyni zamanda çox ağır idi. Çünki “Real”da tələblər çox yüksək idi. Bu klubda futboldan aldığım zövqü unutmayacam. Burada əla komanda yoldaşlarım var idi. Onlarla üçü ardıcıl olmaqla 5 ildə 4 dəfə Çempionlar Liqasının qalibi adını qazandıq. Birlikdə çoxsaylı fərdi mükafatlar, o cümlədən 4 “Qızıl top”, 3 “Qızıl buts” əldə etdim. Bütün bunlar yalnız bu möhtəşəm və mükəmməl klubda mümkün oldu. “Real” mənim və ailəmin ürəyini fəth edib. Çox düşündüm və yeni mərhələyə başlamaq qərarına gəldim. Lakin bu forma, bu emblem və “Santyaqo Bernabeu” daim mənim olacaq. 9 il öncə dediyim kimi “Yaşasın Madrid”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail