"Olimpiya"nın kapitanı: "... mərhələ keçəcəyimizə ümid edə bilərik"

“Qarabağ”ın Kiyev “Dinamo”su və “Ludoqorets”lə yoxlama oyunlarını izləmişik”. Stadium.Az xəbər verir ki, bu sözləri Sloveniyanın “Olimpiya” klubunun futbolçusu Branko İliç deyib.
Lyublyana təmsilçisinin kapitanı Çempionlar Liqasının I təsnifat mərhələsinin “Qarabağ”la sabah keçiriləcək ilk oyunu barəsində fikirlərini açıqlayıb:
“Qarabağ” bu matçlarda yaxşı oynamaq üçün yetərincə səviyyəyə malik olduğunu göstərdi. Amma rəqib komandanın heyətində kifayət qədər dəyişikliklər olub. Bu üzdən də rəqibimiz yeni mövsümə tam hazır deyil. Ümumilikdə, “Qarabağ” yaxşı komandadı. Lakin biz də özümüzə güvənirik. Hazırlıq prosesinə inkişafa nail olmuşuq və mərhələ keçəcəyimizə ümid edə bilərik”.
İliç komandasının hazırlığını da dəyərləndirib:
“Düşünürəm ki, toplanış müddətində məşqçimizin istədiklərinin hamısının öhdəsindən gəldik. Sabah “Qarabağ”ı bizim oyunumuzu oynamağa məcbur etməyə çalışacağıq. Bunun üzərində işləmişik. Çox təhlillər aparmışıq. Xüsusilə, öz oyunumuzu təhlil edib, səhvləri aradan qaldırmışıq. Qarşılaşacağımız komandanın güclü olması daha yaxşıdı. Qalib gələcəyimizi söz verə bilmərəm. Lakin yaxşı oynamağa, ötənilki səhvləri təkrarlamamağa çalışacağıq”.
Sabah keçiriləcək “Olimpiya” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
![]() ![]() ![]() ![]() ![]() |
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
“Çelsi” – “Malmö” - 3:0 VİDEO
|
“İnter” – “Rapid” - 4:0 VİDEO
|
“Betis” – “Renn” - 1:3 VİDEO
|
23.02.2019



22.02.2019















21.02.2019









20.02.2019








19.02.2019


![]() |
O | Q | H | M | T-f | X | ||
![]() |
||||||||
1. | Neftçi | 10 | 8 | 1 | 1 | 20-7 | 25 | |
2. | Qarabağ | 10 | 6 | 2 | 2 | 17-11 | 20 | |
3. | Səbail | 10 | 5 | 2 | 3 | 12-11 | 17 | |
4. | Sabah | 10 | 5 | 1 | 4 | 9-11 | 16 | |
5. | Qəbələ | 10 | 3 | 3 | 4 | 14-14 | 12 | |
6. | Sumqayıt | 10 | 3 | 2 | 5 | 10-13 | 11 | |
7. | Keşlə | 10 | 1 | 3 | 6 | 8-14 | 6 | |
8. | Zirə | 10 | 1 | 2 | 7 | 7-16 | 5 | |
![]() |

11.11 | Sumqayıt | --- | Keşlə |
11.11 | Qəbələ | --- | Qarabağ |
10.11 | Səbail | --- | Sabah |
10.11 | Neftçi | --- | Zirə |
24.11 | Qarabağ | - | Sabah |
24.11 | Keşlə | - | Qəbələ |
25.11 | Zirə | - | Sumqayıt |
25.11 | Səbail | - | Neftçi |