Roberto Martines: "Hisslərimi ifadə etməkdə çətinlik çəkirəm"

11.07.2018 | 2727 dəfə oxunub

Dünya çempionatının yarımfinalında Fransa millisinə məğlub olan belçikalıların (1: 0) baş məşqçisi Roberto Martines KİV nümayəndələrinə müsahibə verib.

Stadium.Az həmin müsahibəni təqdim edir. 

- Sizcə, qolu birinci vuran komanda mütləq qalib gəlir, yoxsa məglubiyyətinizin başqa səbəbləri var? 

- Çox çətin bir oyun oldu. İkinci hissəyə yaxşı başlamışdıq. Təəssüf ki, qolu məhz ikinci hissədə buraxdıq. Əlimizə düşən fürsətlərdən yararlanmadıq. Qələbə və ya məğlubiyyət bir topla ölçülmür. Oyun bərabər səviyyədə keçdi. Fransa millisi əks hücumlarda Qrizmann və Mbappedən yararlana bildi. Biz fransızlardan pis oynamadıq . Komandamdan razıyam. Xüsusilə müdafiə xəttindən. Fransızlar matçın sonlarında yaxşı müdafiə olundular. Oyun üslubuna görə komandalar arasında fərq böyük deyildi. Futbolçularımla qürur duyuram . Biz əlimizdən gələni etdik. 

Belçika millisi mundialda öz qapısından 5 top buraxdı. Həmin toplardan üçü standart vəziyyətlərdə qeydə alındı. Niyə? 

- Fransa güclü komandadır. Büzüm də yaxşı kollektivimiz var. Deməzdim ki, standart vəziyyətlərdə qol buraxmaq bizim zəif yerimizdir. 

- Belçika millisinin gələcəyini necə görürsünüz? Siz bu komandada olacaqsınız? 

- Bu barədə danışmaq hələ tezdir. Axırıncı oyuna hazırlaşmaq lazımdır. Üçüncü yer uğrunda mübarizə aparacağıq. 20-21 yaşlı futbolçular arasında istedadlılar kifayət qədərdir. Seçim etmək, komandanı gücləndirmək və gələcəyə hazırlamaq lazımdır. 

- Üçüncü yer sizin üçün əhəmiyyət kəsb edirmı? 

- Hisslərimi ifadə etməkdə çətinlik çəkirəm. Yarımfinalda uduzduğumuza görə təəssüflənirəm. Futbolçularım da, bu hisslərlə yşayırlar. Başa düşürəm ki, belə vəziyyətdə növbəti oyuna həvəslə hazırlaşmaq asan deyil. Amma biz bunu etməliyik . Dünya çempionatında üçüncü olmaq fürsəti hər zaman ələ düşmür. Belçika millisi yalnız bir dəfə dünya üçüncüsü olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail