"Hər kəs üçün “Reyncers” imic olaraq daha mediatik, tanınmış ola bilər"

11.07.2018 | 3505 dəfə oxunub

“Bizim üçün hansı komanda ilə qarşılaşmaq önəmli deyil. Bura turu keçmək üçün gəlmişik. Nə lazımdısa, onu da edəcəyik”.

Stadium.Az xəbər verir ki, bu sözləri “Proqres”in baş məşqçisi Paolo Amodio deyib.

UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ” ilə qarşılaşacaq Lüksemburq təmsilçisinin baş məşqçisi oyundan əvvəl mətbuat konfransı keçirib. Lüksemburqlu mütəxəssis sabahkı oyunla bağlı fikirlərini bölüşüb:

“Olduğumuz yer və yeməkləriniz çox xoşuma gəldi, burda özümüzü çox yaxşı hiss edirik”.

- “Proqres” bura əsas hücumçusu olmadan gəlib. Karapetyan deyib ki, ona Azərbaycana gəlməməyi Mətin məsləhət görüb. Mətin ona elə şey deyib?

Sualı klubun idman direktoru Tomas Giljeman cavablandırıb: Bu suala birbaşa Mətinin cavab verməyini istəmirəm. Çünki həssas mövzudu. Biz sadəcə siyasi məsələləri qatmamaq və feyr-pley qaydaları baxımından onu bura gətirmədik. Azarkeşləri də çətin vəziyyətdə qoymaq istəmədik.

- Keçən il “Reyncers”lə oynamısız. Bu il isə rəqib “Qəbələ”di. Bu iki komandanı müqayisə edəndə nə düşünürsüz? “Qəbələ” ilə oyununuz da çətin keçəcək, yoxsa işiniz daha asan olacaq?

- Hər kəs üçün “Reyncers” imic olaraq daha mediatik, tanınmış ola bilər. Amma biz bura turu keçmək üçün gəlmişik. Rəqibin fərqi yoxdu.

- Çox əmin şəkildə turu keçməkdən danışırsınız. Bu əminlik hardandı?

- Özümüzdən əmin olmasaq, bura gəlməzdik. Amma “Qəbələ”yə qarşı oynayacağımızı və yaxşı komanda olduğunu bilirik. Yenidən tarix yazmaq istəyiriksə, burda 18 döyüşçü ilə çıxış etməliyik.

- “Qəbələ”nin əvvəlki vaxtı ilə indiki arasında çox fərq var. Baş məşqçi və heyətdə oyunçular dəyişib. Bu haqda məlumatınız var?

Tomas Giljeman: Hər kəsə hərmətlə yanaşırıq, onun üçün hazırlaşırıq. Hazırda rəqibimizin yaxşı oyunçulardan təşkil oldunduğunu və yeni oyunçular aldığını da bilirik. İcarədən qayıdan oyunçuları da tanıyırıq. Bunları sizə deməkdə məqsədim odu ki, rəqibimizi yaxşı tanıyırıq. Onlara hörmət edirik, qarşılaşmanın favoritidilər. Amma 24 saatlıq yolu sadəcə rəqibi izləmək üçün gəlməmişik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail