"Əgər Bakıda da Stojitsedəki kimi oynasaq, fikrimcə, böyük şansımız olacaq"

12.07.2018 | 3059 dəfə oxunub

“Bu gün oyuna dominantlıq edən biz olduq. “Qarabağ” isə yaratdığı yeganə qol vəziyyətindən maksimum yararlandı”.

Stadium.Az xəbər verir ki, bunu “Olimpiya”nın baş məşqçisi İliya Stolitsa deyib.

Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk matçında “Qarabağ”ı qəbul edən Sloveniya çempionu meydanı məğlub tərk edib – 0:1.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında serbiyalı çalışdırıcı ümidli danışıb. 40 yaşlı mütəxəssis hələ də mərhələ adlayacaqlarına inanır:

“Futbolçularım əllərindən gələni etdilər. Düzdü, rəqib əlverişli nəticə qazandı. Ancaq bu, hələ cütlüyün ilk matçıdı. İndi yalnız müsbət şeylər düşünməliyik. Əgər Bakıda da Stojitsedəki kimi oynasaq, fikrimcə, böyük şansımız olacaq. “Qarabağ” asanlıqla mərhələ adlamayacaq”.

Bu komandalar arasında cavab görüşü iyulun 18-də Bakıda baş tutacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail