Robert Prosineçki: "İkinci hissədə ingilisləri öldürdük!"

12.07.2018 | 2363 dəfə oxunub

"Hazırkı oyunçular bizi geridə qoydular. Bu, böyük uğurdur. İkinci hissədə ingilisləri öldürdük! Fransa ilə oyunu səbirsizliklə gözləyirik".

Stadium.Az xəbər verir ki, bu sözləri millimizin sabiq baş məşqçisi Robert Prosineçki ölkəsi Xorvatiya yığmasının DÇ-2018-in finalına yüksəlməsini şərh edərkən yerli mətbuata deyib.

"Mandzukiç, Modriç xarakateri ilə meydandakı digər komanda yoldaşları kimi mübarizə aparmağın nə olduğu göstərdi.  Bu futbolçular uğur qazanmağı bacaran oyunçulardır. Zlatko Daliçi təbrik edirəm" - deyə o bildirib..

Hazırda Bosniya və Herseqovina millisini çalışdıran Prosineçkinin sözlərinə görə, İngiltərə ilə yarımfinal görüşündə hesabda geri düşdükdən sonra nəticəni dəyişmək və oyuna nəzarəti bərpa etmək çətin idi: "Oyunun sonlarında daha da yaxşı idik. 120 dəqiqəlik oyunumuz tərifə layiqdir".

Prosineçki hazırkı nəslin Xorvatiyada hökm sürən xoşbəxtliyi daha asan hiss edəcəyini söləyib: "Bizimlə müqayisədə hazırkı nəslin sosial şəbəkələr və internetdə yazmaq imkanları var. Bu, onlara hazırkı ab-havanı hiss etmək imkanı yaradır".

Robert Prosineçki 1998-ci ildə dünya çempionatının bürünc medalını qazanıb. Həmin vaxt Xorvatiya yarımfinalda Fransaya 1:2 hesabı ilə uduzub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail