Dario Frederiko: “Sevilya”ya qarşı oynamaq istəyirik" - MÜSAHİBƏ

13.07.2018 | 3070 dəfə oxunub

“Neftçi”nin yarımmüdafiəçisi Dario Frederiko Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində “Uypeşt”lə keçirilən (3:1) matçdan sonra brifinqdə jurnalistlərin suallarını cavablandırıb:

- İlk dəqiqələrdən oyuna yaxşı kökləndik. Qapımızda erkən qol buraxmağımıza baxmayaraq, toplarlanıb vacib qələbə qazandıq. 

- Erkən qol buraxdıqdan sonra toplarlanmağı və 3 qol vurmağı nəyə borclusunuz?

- Gözlənilmədən qol buraxdıq. Ani səhvdən rəqib yararlandı. Buna baxmayaraq, baş məşqçinin tapşırıqlarından düzgün faydalanaraq, rəqibin boşluqlarından istifadə etdik. 

- Bəzi epizodlarda anlaşmazlıq hiss olunurdu. Komanda hələ tam hazır deyil?

- Komandanın tam formalaşması üçün vaxt lazımdı. Baş məşqçimiz hələ ki, təməli qoyur. Yeni gələnlər də bu sistemə artıq öyrəşməlidilər. 

- 3:1 hesablı qələbə növbəti mərhələyə adlamaq baxımından sizə nə qədər kömək olacaq?

- 3:1 hesabı yaxşı nəticədi. Ancaq bu o demək deyil ki, artıq növbəti mərhələdəyik. Cavab görüşünə ciddi hazırlaşıb, səfərə yaxşı nəticə üçün getməliyik. 

- “Uypeşt” Macarıstanda sizə təhlükə yarada biləcək komandadı?

- Əlbəttə. “Uypeşt” evdə oynayacaq. Doğma azarkeşlər önündə çıxış etmək əlavə motivasiya deməkdi. Çünki onların 12-ci oyunçuları olacaq. “Uypeşt” hər bir rəqibə təhlükə yaratmağı bacaracaq komandadı. Bu üzdən səfərdə baş məşqçinin tapşırıqlarına düzgün əməl etməyə çalışacağıq.

- “Sevilya” “Neftçi”ni gözləyir, yoxsa “Uypeşt”i?

- İlk oyunun nəticəsinə görə, demək olar ki, “Neftçi”ni gözləyir.

- Növbəti rəqibin “Sevilya” olması sizə əlavə motivasiya verirmi?

- Əlbəttə ki, hər bir futbolçu “Sevilya” kimi kluba qarşı oynamaq istəyər. Hələ bilmək olmaz ki, “Sevilya” ilə biz qarşılaşacağıq. Növbəti oyunu düşünməliyik. Ordan sərfəli nəticə ilə döndükdən sonra “Sevilya” barədə fikirləşmək olar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail