Asif Məmmədov: "Bu rəqibə səfərdə 4 qol vura bilərik"

13.07.2018 | 4764 dəfə oxunub

“Birinci oyunumuz idi, yeni komandayıq. Rəqib elə komanda deyil ki, səfərdə onlara 3 qol vura bilməyək”. Stadium.Az xəbər verir ki, bunu “Qəbələ”nin yarımmüdafiəçisi Asif Məmmədov deyib.

“Qırmızı-qaralar” Avropa Liqasının I təsnifat mərhələsində evdə “Proqres”ə 0:2 hesabı ilə məğlub olub. Qarşılaşmadan sonra fikirlərini bildirən futbolçu buna baxmayaraq, ümidini itirmir.

Komandanı meydana kapitan kimi çıxaran Məmmədov səfərdə 4 qol vuracaqlarına inanır: “Bu oyun heç nə göstərməyə bilər. Rəqibi də yaxşı tanımırdıq. Kobud səhvlərdən qol buraxdıq. Fərqlənmək imkanlarımız oldu, yararlana bilmədik. Onu deyə bilərəm ki, bu rəqibə səfərdə 4 qol vura bilərik. Onlar burda 2 qol vurdularsa, niyə də səfərdə onları 4 dəfə mərkəzə dəvət etməyək? Əminəm ki, mərhələni adlayan tərəf biz olacağıq”.

32 yaşlı orta sahə oyunçusu əsas kapitanı Cavid Hüseynovun yoxluğuna da toxunub: “Heyətimiz elədi ki, hər bir oyunçunun yoxluğu təsir edir. Çünki ehtiyat qüvvə elə də geniş deyil. Cavidin də yoxluğu bu gün öz mənfi təsirini göstərdi”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail