Deyan Lovren: "İnsanlar dünyanın ən yaxşı müdafiəçilərdən biri olduğumu qəbul etməlidirlər"

14.07.2018 | 3919 dəfə oxunub

Xorvatiya millisinin müdafiəçisi Deyan Lovren onu tənqid edənləri günahlandırıb. Stadium.Az xəbər verir ki, "Liverpul"da çıxış edən 29 yaşlı futbolçu özünü dünyanın ən yaxşı müdafiəçilərindən biri hesab edir:

"İnsanlar mənim pis mövsüm keçirdiyimi söyləyir, ancaq onlaqa qoşulmuram. "Liverpul"la Çempionlar Liqasının finalında oynadım. İndi isə Xorvatiya millisi ilə Mundialın finalındayam. İnsanlar artıq mənim dünyanın ən yaxşı müdafiəçilərdən biri olduğumu qəbul etməlidirlər və məni günahlandırmağı da buraxmalıdırlar".

Lovren Mundialda arxada qalan 6 oyunun 5-də meydana start heyətində daxil olub. Yalnız İslandiya ilə oyunda meydana sonradan çıxıb. 

29 yaşlı müdafiəçi karyerasına Zaqreb "Dinamo"sunda başlayıb. 2 il Zapreşiç "İnter"ində icarə əsasında çıxış etdikdən sonra 2010-cu ildə Olimpik "Lion"una, 3 il sonra isə "Southempton"a keçib.

2013-cu ilin yayında isə "Liverpul"a transfer edilib. Lovren bu komandada 108 oyunda meydana çıxıb 4 qol vurub. Xorvatiya millisində isə 45 oyunda meydana çıxıb, 2 dəfə qol vurmağa imkan taıb.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail