Deşam: "Kimin harada doğulduğu barədə danışmağa ehtiyac yoxdur"

15.07.2018 | 4540 dəfə oxunub

"Dünya çempionatının finalında oynamaq böyük bir uğurdur.  Bu görüşdən daha yaxşı oyun ola bilməz. İnamlı, sakit və diqqətli olmalıyıq. Rəqib yaxşı təcrübəyə malikdr. Onların təcrübəli oyunçuları var. Amma biz turnir ərzində bu cür komandalarla qarşılaşmışıq".

Stadium.Az xəbər verir ki, bu sözləri Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2018-in finalında Xorvatiya ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

"Yığmada Afrika əsilli və digər xarici ölkələrin oyunçuları var. Bütün bunlar fransız futbolunu zənginləşdirir. Biz hamımız fransızıq və bundan qürur duyuruq. Kimin harada doğulduğu barədə danışmağa ehtiyac yoxdur. Ancaq sabah oyunu izləyənlər öz ölkələrində anadan olanlarla fəxr edəcək" - deyə o bildirib.

Deşam final görüşünə ciddi hazırlaşdıqlarını vurğulayıb: "Final oyununa çıxacağımız bilirik. Bu matça ciddi hazırlaşırıq. Tək mən yox, məşqçi qərargahı komandanı hazırlamaq üçün çalışırıq. Oyunları təhlil edirik. Bu, il ərzində ən vacib oyunumuzdur. Düzgün hazırlaşıb-hazırlaşmadığımızı nəticə göstərəcək".

O bildirib ki, gənc komandaları var: "Amma Avro-2016-nın finalında oynamış 9 oyunçumuz var. Onlar finaldakı səhvlərini xatırlayırlar və həmin səhvləri təkrarlamamağa çalışacaqlar".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail