Fransa Argentina və Uruqvaya çatdı

16.07.2018 | 3759 dəfə oxunub

Futbol üzrə Fransa millisi tarixində 2-ci dünya çempionu olub. Stadium.Az xəbər verir ki, Didye Deşamın çalışdırdığı komanda buna Rusiyanın ev sahibliyi etdiyi DÇ-2018-in finalında Xorvatiya yığmasına 4:2 hesabıyla qalib gələrək nail olub.

Fransızlar ilk çempionluğunu düz 20 il öncə öz ölkəsində keçirilən dünya çempionatında qazanmışdılar. Onlar DÇ-1998-in həlledici matçında Braziliyaya 3:0 hesabıyla qalib gəlmişdilər. Deşam həmin yığmanın kapitanı kimi kuboku başı üzərində qaldırmışdısa, bu dəfə baş məşqçi kimi eyni sevinci yaşayıb.

İndiyədək 21 dəfə keçirilən dünya çempionatını ən çox qazanan Braziliya millisi olub - 5 dəfə (1958, 1962, 1970, 1994, 2002).

Almaniya (1954, 1974, 1990, 2014) və İtaliya (1934, 1938, 1982, 2006) yığmalarının hesabında 4 çempionluq var. Fransa 2-ci çempionluğu ilə Uruqvay (1930, 1950) və Argentina (1978, 1986) millilərinə çatıb. İngiltərə (1966) ilə İspaniya (2010) yığmaları hərə 1 dəfə dünyanın ən güclüsü olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail