“Sumqayıt” və “Sabah” Türkiyəyə gedib

16.07.2018 | 4983 dəfə oxunub

Azərbaycan Premyer Liqasında çıxış edən daha iki klub təlim-məşq toplanışı üçün ölkə xaricinə yollanıb. Stadium.Az xəbər verir ki, bu gün səhər “Sumqayıt” və “Sabah” klubları Türkiyənin Bolu bölgəsinə yola düşüblər.

Hər iki kollektiv iyunun 29-dək qonşu ölkədə hazırlıq keçəcək.

“Koru” otelində məskunlaşacaq Nazim Süleymanovun rəhbərlik etdiyi “Sumqayıt” 4 yoxlama oyunu keçirəcək. Lakin rəqiblər hələlik açıqlanmır. “Sabah” da hazırlıq çərçivəsində 4 görüşə çıxacaq. Artıq rəqiblərdən ikisi bəllidir. Debütant iyulun 18-də Türkiyə I liqasında mübarizə aparan “Giresunspor”, iyulun 28-də isə Superliqa təmsilçisi “Alanyaspor”la qarşılaşacaq. Digər iki rəqibin adına yaxın günlərdə aydınlıq gələcək.

Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Qarabağ” Avstriyada, Avropa Liqasında mübarizə aparan “Qəbələ” Sloveniyada, “Neftçi” Boluda, “Keşlə” isə Ankaranın Kızılcahamam bölgəsində təlim-məşq toplanışı keçib. “Səbail” klubu iyulun 10-dan Kızılcahamamda məskunlaşıb. “Zirə” isə iyulun 19-da Boluya gedəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail