Qurban Qurbanov: "Bu suala cavab vermək məndə rahatlıq yaradar" - MÜSAHİBƏ

17.07.2018 | 3804 dəfə oxunub

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçı çərçivəsində sabah Sloveniya klubu “Olimpiya”yla oyundan əvvəl təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- İlk oyunda qələbə qazanmağımıza baxmayaraq, ciddi rəqibə qarşı oynayırdıq. Daha çox fikirləşmək lazım olacaq. Bizi çətin və maraqlı oyun gözləyir.

- İlk oyundan fərqli sabah heyətdə dəyişiklik gözlənilirmi?

- Dəyişiklik ola bilər. Amma ciddi bir fərq gözlənilmir.

- Halldorssonun meydana çıxmaq ehtimalı varmı?

- Azdı. Amma iştirak ərizəsində olacaq.

- Hücumçu axtarışınız nə yerdədi? Macarıstanlı Balaş Dzudzakın “Qarabağ”a keçmək variantı nə dərəcədə realdı?

- Bu, son illərin ən çox verilən sualıdı. Ən çox axtarışda olduğumuz mövqe hücumçdu. Amma dediyiniz oyunçu ilə bağlı məlumatım yoxdu. Bəlkə də, siyahımızda olub. Hücuma ən azı 1 oyuncu cəlb etmək istəyirik. Axtarışlar davam edir.

- Bu, sizin avrokuboklarda 80-ci oyununuz olacaq. Bundan əvvəlki 79 matçın hansı sizin üçün xüsusidi?

- 80-ci oyun barədə düşünmürəm. Bu, bizim ilk mərhələ oyunumuz olacaq. Hər il daha yaxşı nəticə əldə etməyə çalışırıq. Səfərdə qalib gəlsək də, çox çətinliklə üzləşdik. Yüksək səviyyəli rəqiblə qarşılaşırıq. Bizi hansısa sürpriz gözləyə bilər. Yaddaqalan oyunlar olub. Ötən il “Kopenhagen”lə pley-off oyununu qeyd edə bilərəm. Azərbaycanda futbola sevgi, “Qarabağ”a inam yaradan “Rusenborq”la qarşılaşma da xüsusi idi. Səhv etmirəmsə, Ağdamın işğalı günü idi. Həmin oyun həm rəhbərliyə, həm futbolçulara böyük inam verdi.

- Almeyda, Əmirquliyev komandadan getdi, Qara Qarayev ilk oyunda qırmızı vərəqə aldı. Coşqun Diniyevin orta sahədə tək qalması sizi narahat etmir?

- Qaranın qırmızı vərəqə alması barədə indi düşünməyə ehtiyac yoxdu. Yaxşı tərəfini düşünək. İxtiyarında az oyunçu olanda, məşqçi daha rahat qərar verə bilir.

- Almeydanın qış fasiləsində “Astana” variantı olub. Həmin vaxt bunu hiss etmisiniz?

- Almeyda elə futbolçudu ki, danışıq onun oyununa təsir etməz. Mövsümün sonuna bir neçə tur qalmış onun qalmayacağını bilirdim. Komandasını dəyişmək istəyirdi. Buna normal baxırdım. O ki qaldı sualınıza, bunu hiss etməmişəm. Almeyda həmişə maksimum gücünü ortaya qoyub.

- Roman Qriqorçuk “Astana”ya Pedro Enrike və Riçard Almeydanı apardı, nəinki “Qəbələ”də bəyəndiyi Cavid Hüseynov. Bunu düşünəndə sevinmirsiniz ki, mənim əməyimin bəhrəsidi?

- Belə şeylərə az fikir verməyə çalışırıq. “Barselona” pik səviyyədi. Amma Neymar ordan getdi. Futbolda belə hallar olur. Burdan çıxan futbolçulara dəyər verilməsi bizi sevindirir.

- Bu gün II mərhələdəki potensial rəqibləriniz “Valletta” ilə “Kukesi” qarşılaşacaq. Oyunu izləyəcəksinizmi?

- Bu suala cavab vermək məndə rahatlıq yaradar. Halbuki məndə narahatlıq var. Öz oyunumu həll etməmiş başqa komanda barədə düşünmürəm. Məni yalnız sabahkı görüş maraqlandırır. Diqqətli, ciddi olmalıyıq. Futbolçularıma da rəva bilmirəm ki, bu barədə düşünsünlər. Rəqibin iddialı açıqlamaları sübutdu ki, Bakıya istəklə gəliblər. Bu, onların iddiasını göstərir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail