"Qarabağ"a sürpriz hazırladığımızı düşünmürəm"

17.07.2018 | 3363 dəfə oxunub

“Olimpiya”nın baş məşqçisi İliya Stolitsa Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçı çərçivəsində sabah “Qarabağ”la oyundan əvvəl keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Yenidən bu möhtəşəm şəhərdə olduğum üçün məmnunam. Bir neçə il əvvəl də Bakıda olmuşam. Şərait yüksək səviyyədədi. Hava şəraiti da ürəyimcədi.

- İlk oyunda cansıxıcı futbol izlədik. Sabah yenə eyni oyun sərgiləyəcəksiniz?

- Mövsümün ilk matçı xarakterik olur. Hər iki komandanın ehtiyatlı oynaması normaldı. Ancaq hesab edirəm ki, nəticə oyuna görə olmadı. Belə matçlarda hansısa səhv həlledici ola bilər. Komandaların gücü bir-birinə yaxın olduğundan, istənilən nəticə ilə qarşılaşa bilərik.

- Kapitan Branko İliç ilk görüşü buraxmışdı. Abbas İssah isə qırmızı vərəqə aldığı üçün bu dəfə oynamayacaq. Bunlar sizin oyununuza necə təsir edə bilər?

- Hər iki oyunçu bizim üçün önəmlidi. Amma meydana 11 nəfərlə çıxacağıq. Kapitanımızın daha əvvəldən zədəsi var idi. Sabah oynayıb-oynamayacağı özünü necə hiss etməsindən asılı olacaq.

- İlk matçdan sonra hücumçunuzun aldığı qırmızı vərəqə ilə bağlı şərh verməmişdiniz. Yəqin ki, həmin epizodun təkrarına baxmısınız. Hücumçunuz Abbas İssah orda nə etmək istəyirdi?

- Mənim fikrim qərarı dəyişməyəcək. Buna görə də əlavə nəsə demək istəmirəm. Evdəki oyunu unudub, bütün diqqətimizi sabahkı qarşılaşmaya yönəldəcəyik.

- “Qarabağ”a hansı sürprizi hazırlamısınız?

- Bütün yoldaşlıq oyunlarına baxmışdıq. Onlar da bizim matçları izləyib. Sürpriz hazırladığımızı düşünmürəm. Hər zaman öz oyun üslubumu beynimdə inkişaf etdirmişəm. Sabah taktiki gedişlərlə yanaşı meydanda mümkün olan hər şeyi etməyə çalışacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail