Roberto Bordin : "Yenə eyni nəticəni təkrarlayacağıq"

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının I təsnifat mərhələsinin “Uypeşt”lə Macarıstandakı oyunu öncəsi keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Bakıda olduğu kimi, bu matçın da çətin keçəcəyini başa düşürük. Top fərqində üstünlüyümüz olsa da, rəqib komandanın gücünə bələdik. Bu səbəbdən bizi çətin oyun gözləyir.
- Hava şəraitinin oyuna təsiri barədə nə deyə bilərsiz?
- Birinci oyunda hava isti idi və bu, hər iki komanda üçün çətin idi. İndi isə hava normaldı və bu hər iki komandanın oynaması üçün şərait var.
- İlk oyunda “Neftçi” hansı komponentlərdə rəqibini üstələdi və növbəti görüşdə komandada eyni üstünlüyü əldə etmək üçün potensial varmı?
- İlk oyunda vurulan qoldan sonra qazandığımız əlavə motivasiya bizə üstünlük qazandırdı və nəticədə effektiv nəticə göstərdik. Ümid edirik ki, yenə eyni nəticəni təkrarlayacağıq.
- Sabah “Uypeşt”dən sürpriz gözləyirsiz?
- Sürprizin nədən ibarət olacağını bilmirəm. Sadəcə, əminəm ki, rəqib həqiqətən çox güclü oyun göstərəcək və buna hazırlıqlı olmalıyıq.
- İlk oyunda müdafiənin mərkəzində Kirill Petrovla Ruslan Abışovun oyunu sizi qane elədi?
- Ruslan və Petrov tandemi yaxşı oyun göstərdilər. Nəinki onlar, komanda halında yaxşı müdafiə olunduq. Hər ikisinin oyunundan razıyam
- Kvame Karikaridən sabahkı oyunda yararlanmağı düşünürsüz?
- Nəinki Karikari, bütün oyunçular sabah hazır olmalıdı. Yekun heyət barədə isə sabah qərar verəcəyik.
- İlk oyunla müqayisədə sabah heyətdə çox dəyişiklik gözlənilir?
- “İlk 11-liy”i indidən açıqlamaq düzgün olmazdı. Ancaq hər bir futbolçu sabah oynamağa hazırdı.
![]() ![]() ![]() ![]() ![]() |
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Real" - "Jirona" 1:2 VİDEO
|
||
18.02.2019

17.02.2019














16.02.2019










15.02.2019










14.02.2019





13.02.2019



![]() |
O | Q | H | M | T-f | X | ||
![]() |
||||||||
1. | Neftçi | 10 | 8 | 1 | 1 | 20-7 | 25 | |
2. | Qarabağ | 10 | 6 | 2 | 2 | 17-11 | 20 | |
3. | Səbail | 10 | 5 | 2 | 3 | 12-11 | 17 | |
4. | Sabah | 10 | 5 | 1 | 4 | 9-11 | 16 | |
5. | Qəbələ | 10 | 3 | 3 | 4 | 14-14 | 12 | |
6. | Sumqayıt | 10 | 3 | 2 | 5 | 10-13 | 11 | |
7. | Keşlə | 10 | 1 | 3 | 6 | 8-14 | 6 | |
8. | Zirə | 10 | 1 | 2 | 7 | 7-16 | 5 | |
![]() |

11.11 | Sumqayıt | --- | Keşlə |
11.11 | Qəbələ | --- | Qarabağ |
10.11 | Səbail | --- | Sabah |
10.11 | Neftçi | --- | Zirə |
24.11 | Qarabağ | - | Sabah |
24.11 | Keşlə | - | Qəbələ |
25.11 | Zirə | - | Sumqayıt |
25.11 | Səbail | - | Neftçi |