La Liqa prezidenti: "Bu durum çempionatın potensialına bərk zərbə vura bilər”

22.07.2018 | 2608 dəfə oxunub

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo "Real"dan İspaniyadakı yüksək vergi dərəcələrinə görə gedib. Stadium.Az xəbər verir ki, La Liqanın prezidenti Xavyer Tabes bu fikirdədir.

“İspaniyadakı yüksək vergi dərəcələri səbəbi ilə Ronaldo İtaliyada daha çox qazanacaq. Biz sərfəli vəziyyətdə deyilik. İspaniya vergi baxımından top-liqalar arasında ən pis durumdadır. Oyunçular burada çox pul itirirlər. Biz bu problem üzərində düşünməliyik. Çünki bu durum çempionatın potensialına bərk zərbə vura bilər”.

2009 – 2018-ci illərdə "Real"da çıxış edən Ronaldo 100 milyon avro müqabilində "Yuventus"a transfer olunub. Turin klubu ilə 4 illik müqavilə bağlayan 33 yaşlı hücumçunun illik maaşı 30 milyon avro olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail