Qurban Qurbanov: "Qarabağ” 10 ildir oynayır, həmişə də narahat edir" - MÜSAHİBƏ

08.08.2018 | 4299 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü  təsnifat mərhələsinin BATE ilə Bakıda keçirilən oyunundan (0:1) sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Məğlub olduq. İstəməzdik. Amma hələ 1-ci oyundur. Qarşıda 90 dəqiqəmiz var. Daha yaxşı hazırlaşacağıq. Bir az həyəcan var idi. Buna baxmayaraq, futbolçular 2-ci hissə daha yaxşı oynadılar. Rəqib təcrübəli komanda idi. 

- Dani Kintana heyətdə yox idi. 

- Dünən məşqdə zədələnmişdi.

- İki fərqli hissi izlədik. Oyunu necə şərh edərdiniz?

- Futbolda bəzən ilk, bəzən də ikinci hissədə çətin olur. Rəqib ilk hissədə hücumlar təşkil etdi və bundan da istifadə etdi. Hər bir komandanın öz oyun üslubu var. Çalışırdlar ki, bizə çətinlik yaratsınlar. Futbol səhvlər üzərində qurulub.
 
- BATE sizi təəcbüləndirmədi?

- BATE düşündüyüm kimi oynadı. İlk növbədə böyük təcrübəni gördük. Sürətli hücumları vardı. Bu gün ot örtüyü əvvəlkindən daha pis idi. Amma meydan hər iki komanda üçün eynidir. Biz meydanı bəhanə edə bilmərik.

- Avqustun 10-da Azərbaycan Premyer Liqasının I turunda "Zirə” ilə oyununuz var. Bu görüşün təxirə salınmasını istəyəcəksiniz?

- Açığı, belə fikirim yox idi. Amma bu görüşdən sonra belə qərara gəldik. PFL və "Zirə”dən xahiş edəcəyik ki, oyunu təxirə salsınlar.
 
- 1:0 sürüşkən hesabdır. "Qarabağ” Belarusda vəziyyəti dəyişə bilər?

- Qrupa düşmək üçün qalib gəlməliyik. Səfərdə vurulan bir qol hər şeyi dəyişə bilər.
 
- Künc zərbələrini Rəşad Sadıqov yerinə yetirirdi. Bu, nə ilə bağlı idi?

- Keçən oyunda da Rəşadla Dani Kintana yerinə yetirirdi. Bəzi düşündüyümüz kombinasiyalar vardı.
 
- Səfərdəki görüşdə heyətdə dəyişikliklər edəcəksiniz?

- Cavab oyununda daha yaxşı çıxış edəcəyimizə inanıram. Amma heyətdə ciddi dəyişiklik olacağını düşünmürəm. Futbolçuların durumuna görə qərar verəcyik.
 
- Cavab görüşündə qapıda kim dayanacaq?

- İndidən heç nə deyə bilmərəm.
 
- Hücum xətti sizdə narahatlıq doğurmur?

- "Qarabağ” 10 ildir oynayır, həmişə də narahat edir. Çünki daim daha yaxşısını istəyirsən. Elə illər olub ki, bizim sağ və sol vingerlərimiz bombardir olub.
 
- Adətən, bu cür məğlubiyyətlərdən sonra əsəbi olursunuz. Bu gün isə üzünüzdə təbəssüm var. Bu, nə ilə bağlıdır?

- Ola bilər. Bugünkü oyun, final fiti bunu tələb edir. Futbolçularla söhbətimiz oldu. Qarşıda hələ 90 dəqiqə var. Soyuqqanlı şəkildə cavab oyununa hazırlaşmalıyıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail