"Bu oyunu səfərdə də sərgiləyə bilsək..."

08.08.2018 | 4021 dəfə oxunub

“Qarabağ”ın yarımmüdafiəçisi Donald Gerye Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində BATE-yə 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Bizim üçün çətin oyun oldu. Evdə oynadığımız üçün uduzmaq istəmirdik. Ancaq hələ cavab oyunu var. Ümid edirəm ki, səfərdə nələrisə dəyişib geridönüş edə bilərik. Bunun üçün daha çox çalışmalıyıq. İstənilən halda gələcəyə nikbin baxmalıyıq.

- BATE gözlədiyiniz kimi oynadı, yoxsa “Qarabağ”a sürpriz etdi?

- BATE səviyyəli komanda olduğunu bilirəm. “Qarabağ” isə mənim üçün ən yaxşı komandadır. Məğlub olsaq da, ruhdan düşməməliyik. Öz məqsədimizə doğru irəliləməli, yolumuza davam etməliyik.

- İkinci hissədə rəqibdən daha yaxşı oynadınız. Bu, baş məşqçinin tapşırığı idi?

- Yaxşı komanda olduğumuzu düşünürəm. Kollektiv şəkildə oynayanda yaxşı işlər görə bilirik. İkinci hissədə də bunu göstərdik. Bu oyunu səfərdə də sərgiləyə bilsək, vəziyyəti xeyirimizə dəyişə bilərik. Komandada hamı cavab matçında lazım olan nəticəni qazanacağımıza inanır. Yenə də favorit olduğumuzu və növbəti mərhələyə adlayacağımızı düşünürəm.

- BATE-də ucaboy futbolçular çoxdur. Siz isə yerlə oynamaq əvəzinə, daha çox hava ötürmələrinə üstünlük verirdiniz...

- Cərimə meydançasına həm yerlə, həm də hava ilə bir neçə dəfə ötürmə verdim. Futbol elə oyundur ki, nə zaman nə olacağını bilmirsən. Yerlə ötürmə zamanı top rəqibin ayağına, hava ötürməsi zamanı isə başına dəyib öz qapısına daxil ola bilər. Hər şey mümkündür. Qarşıda hələ cavab matçı var. Mərhələni keçə bilərik. Bunun yeganə yolu daha ciddi hazırlaşmaqdır. Niyə də olmasın?! Öz komandama, yoldaşlarıma inanıram.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail