"Sumqayıt"da qapıçı problemi yaranıb

10.08.2018 | 5527 dəfə oxunub

Azərbaycan Premyer Liqasının I turu çərçivəsində "Neftçi"nin qonağı olacaq "Sumqayıt" qapıçı problemi ilə üzləşib.

Stadium.Az xəbər verir ki, Sumqayıt şəhərinin eyni adlı təmsilçisi bir qolkiperin – Mehdi Cənnətovun ümidinə qalıb. Fərhad Vəliyevin karyerasını başa vurması, baxışda olan Andrey Popoviçin isə bəyənilməyərək geri qaytarılması işləri çətinə salıb.

Hazırda namizədləri gözdən keçirən “Sumqayıt” mövsümün açılış oyununa qədər bir qapıçı sifariş verməyə çalışacaq. Baş məşqçi Nazim Süleymanov baxışda olan rusiyalı hücumçu Sərdar Sərdarov barədə də qərar verməyə tələsmir.

"Sumqayıt" "Neftçi"ni “Dalğa Arena”da qəbul edəcək. Matçın “Kapital Bank Arena”da baş tutmamasının səbəbi Sumqayıtdakı stadionun təmirə bağlanmasıdır. Avqustun 11-də keçiriləcək görüş saat 20:00-da başlanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail